adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 May 2019 16:20
8783
GÜNDƏM
A- A+

Azərbayan və Gürcüstan sərhəd xidmətləri arasında görüş olub

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.

DSX-dən Adalet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

29 may Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gür­cüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış mən­təqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəq­liyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nə­zərdən keçirilmiş və razılaşdırılıb.

Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.