adalet.az header logo
  • Bakı 16°C
27 May 2019 15:04
14686
ELM VƏ TƏHSİL
A- A+

ADRA-da tələbələr üçün yeni iş imkanı yaradılıb

Azərbaycan Diplomatik Akademiyası (ADA), o cümlədən Bakı Mühəndislik Universitetlərinin İnformasiya Texnologiyaları (İT) və Mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs, eləcə də magistr tələbələri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) işlə təmin olunmaq şansı qazanıblar.

Agentlikdən  verilən məlumata görə, quruma müraciət edən tələbələr arasından seçilən 11 nəfər ADRA-nın 3 aylıq təcrübə proqramına cəlb edilib.

Proqramda uğurlu nəticə göstərənlər agentliyin əməkdaşına çevriləcək.

Təcrübə proqramının təqdimatı ilə bağlı keçirilən tədbirdə tələbələrə agentliyin fəaliyyəti və strukturu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Proqrama cəlb edilən tələbələrlə 3 aylıq əmək müqaviləsi imzalandıqdan sonra ADRA-nın direktor müavini Orxan Əliyev iştirakçılara uğurlar arzulayıb. O, gənclərə Agentliyin yeni ideya və təşəbbüslərə açıq olduğunu bildirərək, onlara bu yöndə aktivlik nümayiş etdirməyi tövsiyə edib.

Gələcəkdə bu cür təcrübə proqramlarının davam etdiriləcəyi vurğulanıb.