Əfqanıstan baş nazirinin müşaviri öldürüldü
Əfqanıstanın şimalındakı Kunduz əyalətində baş nazirin müşaviri öldürülüb.
Adalet.az-ın məlumatına görə, naməlum şəxslər Nur Məhəmməd Ərəbi odlu silahla qətlə yetirib.
Hadisə zamanı müşavirin cangüdəni də yaralanıb.
Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.