adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 May 2019 13:00
8915
GÜNDƏM
A- A+

İran 1 ayda Azərbaycana 20 milyon dollarlıq məhsul ixrac edib

Bu il İran 20 milyon dollar dəyərində məhsulu Azərbaycana ixrac edib.

Bu barədə Adalet.az İranın Ticarət İnkişafı Təşkilatının hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu müddət ərzində İran ölkəmizə 33 min ton məhsulu ixrac edib.

Qeyd olunan müddətdə Azərbaycana məhsul ixracı İranın bütün ixracında dəyər baxımından 0,8% təşkil edib.

İranın Azərbaycana məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 9%, çəki baxımından isə 11% azalıb.

Ölkəmiz İranın məhsul ixracında 14-cü yerdə qərarlaşıb.

Qonşu ölkələrə gəlincə, İran Rusiyaya 26 milyon dollar dəyərində 66 min ton məhsul ixrac edib. Ötən illə müqayisədə Rusiyaya məhsul ixracı dəyər baxımından 9% azalıb, çəki baxımından 2% artıb. Rusiya İranın məhsul ixracında 13-cü sırada qərarlaşıb.

Həmin dövrdə İranın Türkiyəyə məhsul ixracı isə 119 milyon dollar dəyərində 258 min ton məhsul təşkil edib. Türkiyə İranın məhsul ixracında 6-cı pillədə qərarlaşıb.