adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 May 2019 12:20
7152
MƏMLƏKƏT
A- A+

Ölkədəki faktiki hava şəraiti açıqlandı

Milli Hidrometeorologiya Departamentinin Adalet.az-a verdiyi məlumata görə,mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olub, ayrı-ayrı yerlərdə dolu düşüb, güclü qərb küləyi əsib.

Bölgələr üzrə ən çox düşən yağıntının miqdarı

Düşən yağıntının miqdarı Böyük Qafqazda:Sarıbaşda (Qax) 19, İsmayıllıda 11, Qubada 8, Kişçayda (Şəki) 7, Zaqatalada 5, Xınalıqda 4, Balakən, Qəbələ, Şəkidə 2, Şahdağ, Şamaxı, Mərəzə, Xaçmaz, Qusar, Xaltanda1 mm-dək;

Qazax-Gəncə zonasında:Naftalanda 14, Ağdamda 5, Şəmkirdə 3.0 mm;

Mərkəzi-Aran rayonlarında:Göyçayda 8, Bərdə, Cəfərxanda 4, Mingəçevir, Yevlaxda 3, Kürdəmirdə 2, Tərtər, Zərdab, Sabirabad, Salyan, Qazıməmməddə 1.0 mm-dək;

Kiçik Qafqazda:Toğana Çaykənd HMM-da 24,Gədəbəydə 16, Daşkəsəndə 2, Göygöldə 0.1 mm;

Lənkəran-Astara zonasında:Lerikdə 5, Biləsuvar, Neftçala, Yardımlı, Lənkəranda 0.4-1.0 mm;

Naxçıvan MR-da:Ağdərədə (Ordubad) 4, Şahbuzda 2, Naxçıvanda 1, Şərurda 0.5 mm;

Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakıda 3, Maştağa, Binə, Zabrat, Pirallahıda 1.0 mm-dək qeydə alınıb.

Dolu:Mayın 26-da saat 13:05-13:09radələrində Naftalanda diametri 11 mm, saat 22:17-22:34radələrində Şəki rayonu Kiş kəndində 10-12 mm,Samux rayonunda saat 19:55-19:58radələrində 13 mm, Qazax rayon Dağ Kəsəməndə saat 19:07-19:12radələrində 11 mm, Gədəbəydə saat 15:58-16:07radələrində diametri 11-13 mm, Ağstafa rayonun bəzi kəndlərinə saat 18:10-18:14radələrində diametri 10 mm olan dolu düşüb.

Külək:Qərb küləyi Tərtər, Mingəçevir, Gəncədə 28, Şəmkir, Daşkəsəndə 23, Ağstafa, Ceyrançöldə 22, Quba, Naftalanda 20, Sabirabadda 17, Tovuzda 16, Gədəbəydə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17-22 m/s-dək güclənib.