adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 May 2019 10:24
9211
GÜNDƏM
A- A+

Prezident Cümhuriyyət abidəsini ziyarət etdi

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Adalet.az Prezidentin Mətbuat xidmətinə istinadən bildirir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.