adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 May 2019 11:40
9423
GÜNDƏM
A- A+

Linç məhkəməsi - Fazil Mustafadan reaksiya

Qanuna zidd olan linç etmə faktlarının artması narahatlıq doğurur

Sosial şəbəkədə böyük səs küyə səbəb olan digər bir görüntü isə Cəlilabadda lentə alınıb. Qız şagirdinə qarşı nalayiq hərəkət etməyə cəhd edən müəllimi bir qrup kənd sakini gecəyarı elə gecənin qaranlığına gömmək istəyiblər. Şiddətə məruz qalan müəllim təhqir və alçaldıcı hərəkətlərə məruz qalmaqla yanaşı qanına qəltan edilib.

Linç məhkəməsini özündə əks etdirən onlarla belə fakt səsləndirə bilərəm. Əri tərəfindən saçı qırxılan qadından tutmuş, kameralar qarşısında lüt madərzan rəqs edən xanımalaradək. Fərqi yoxdur onları kameranın önündə linç edirlər, ya da sosial şəbəklərdə. İstənilən halda bir cəmiyyət üçün pis və sonuqaçılmaz olan faciədir.

Çünki Azərbaycan kimi dünyəvi, hüquqi əsaslarla idarə olunan bir ölkədə belə linç faktları yaxşı heç nə vəd etmir. İllah da o halda ki, hüquq mühafizə orqanları öz işinin öhdəsindən yaxşı gəlir. Başqa sözlə cinayət cəzasız qalmır.

Demokratiyanın beşiyi statusunu daşıyan bu ölkədə linç məhkəməsini əks etdirən görüntülərin sosial şəbəkədə yerləşdirilməsini indiki halda inanmıram ki kiminsə ağlının ucundan keçirər.

O zaman demokratik prinsiplərə söykənən, gələcək hədəfləri inkişafa, tərəqqiyə köklənmiş Azərbaycanda belə neqativ hallar nəyə hesablanıb.

Millət vəkili Fazil Mustafa deyir ki, hüququn tətbiqi dövlətə aid olan müstəsna funksiyadır və belə hallar dövlətin hüququna şərik qoşmaq mənasına gəlir.

Sosial şəbəkələr bu minvalla nəyinki öz funksiyasından kənara çıxır, belə görüntülərə haqq qazandıran qaragüruh kütlənin küt beyninin bir küncündə kilitlənir qalır, təqdir edilir, təkrarlanır və bu minvalla sonunu təxmin etmək çətin deyil.

Hüquq mühafizə orqanları da bunun fərqindədir və indiki halda linç etməyə ciddi mübarizə aparılır.

Belə şəxslər istintaqa cəlb edilir və cəzalandırılır.