adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Həyat etüdləri

9158 | 2019-05-24 17:23


Yolda

Metronun "28 may” stansiyasının qənşərindəqıpqırmızı avtobuslar cərgə ilə də olmasa, sıx-sıx düzülüb yaxına-uzağa gedən sərnişinlərigözləyirdi. Məni də mənzilbaşına çatdırası avtobusa minmək istəyənlərin sayıdaha çox idi. Dünyanın hər yerində tətbiq olunan növbəlilik prinsipini yaxına belə buraxmaqistəməyən bizimkilər bir-birinin ayağını, səhv elədim, ayaqqabısını bastalamaqdan,dirsək və diz hərəkətlərindən sui-istifadədən çəkinmədən irəli dürtülür,salonda oturmaq üçün yer tutmağa cəhd edirdilər. Bu basabasda şəvə kimi qarasaqqallı, gödərək bir oğlan özündən azı bir baş uca olan nərmənazik qızınbelini gömgöy damarları çıxmış arıq qolları ilə elə sıxmışdı ki, sanki bu saatqızı əlindən alıb qaçıracaqdılar. İstidən nəfəsi kəsilsə də, cınqırınıçıxarmayan qız isə qulaqlarından ağlı-qaralı şunur sallanan oğlanın Donkazaklarının at şallağına bənzəyən qollarının arasında anasından əmdiyi südühara boşaltmağı ağlına belə gətirə bilmirdi.

Avtobusa minmək, özü də rahat yer tapıb əyləşməkistəyən hər kəsin istər-istəməz diqqətini çəkən cütlük salona daxil olmağa tələsmirdi.Görünür, növbəti avtobusu gözləyirdilər. Nə isə. Mindik, təbii ki, mən və mənxasiyyətlilərin çoxu da ayaq üstə qaldıq. Oturmağa ehtiyac duymurdum, çünki əvvəlcədənayaq üstə durmaq ən faydalı və dürüst çıxış yoludur. Avtobus tərpəndi və eləikinci dayanacaqda, Səməd Vurğun bağı ilə üzbəüzdə dəri gödəkçəli iki oğlanbizimlə yol yoldaşlığına başladı. Və dərhal hamımız burnumuzu tutmaq üçün dəsmal,salfet axtarmalı olduq. Görünür, yaxınlıqdakı "Bistro” kafesindən təzəcəçıxmışdılar və orada arzuladıqları kabab əvəzinə sarımsaqdan bəsdi deyincə "nuş”eləmişdilər özləri üçün. Əlbəttə, heç kim onların kefinə soğan doğramadı və kəskinqoxu ilə barışmalı olduq. Onu da deyim ki, Azneft meydanında bu tipli daha üçoğlanın avtobusa minməsi bizə sovet dövrünün baxımsız, gözdən düşmüş əsgərkazarmasını xatırlatdı. Görünür, onlar isti su, sabun və digər gigiyenik vasitələrinmövcudluğundan və zəruriliyindən tam xəbərsiz idilər.

Bir az keçmiş isə istidən tıncıxan sərnişinlərin səsieşidilməyə başladı:

-Sürücü qardaş, kondisioneri yandır;

-Alə, voditel, işə sal da kondisinerivü;

-İstidən bişdik ki, ay yoldaş sürücü, kondisionerinişləmir sənin?

Sürücü nəhayət dilləndi:

-Ay camaat, hələ icazə vermirlər işlətməyə, pəncərələriaçın, sərin gələcək.

Açdılar, amma sərin gəlmədi.

Arxadan nataraz bir kişi lap meşədə olduğu kimibağırdı:

-Yandır o zəhrimarı, vallah gəlsəm, qapını açıb meşoxkimi səni bayıra atajam ha...

Çevrilib güzgüdə sürücünün sifətinə baxdım. Ağappaqağarmışdı, qorxu çox pis şeydir.

Salon azacıq da olsa sərinlədi. Görünür, sürücü birəncam çəkmişdi.

Növbəti dayanacaqda salona bir qadın girdi. Yanındaüç-dörd yaşlı oğlan uşağı vardı. Hamilə olması da aydınca sezilirdi. Heç kiminona yer vermək fikrində olmadığını görüb qarşımda oturub xəyala dalan gəncqızdan bu barədə astaca xahiş etdim, amma reaksiya olmadı. Görünür, qulağındakışunura görə eşitməmişdi. Bir az hündürdən qısaca bir çıxış eləməli oldum. Millidəyərlərimizdən, böyük-kiçik məsələlərindən, hamilə qadının yolu ayaq üstə getməyinintörədəcəyi fəsadlar barədə xatırlatmama məhəl qoyan olmadı. Heç kim yerindənqımzanmadı və bəziləri hətta təəccüblə məni xeyli süzdülər də. Avtobusunrepreduktorundan da tanış cümlələr salona yayılırdı – xəstələrə, uşaqlara,hamilə qadınlara, qocalara yer verin və sair və ilaxır. Xeyri yox idi,sadalanan status yiyələri ayaq üstə dayanır, cavanlar, bığıburma oğlanlar, ağzısaqqızlı, qara eynəkli xanımcığazlar oturacaqlarda xumarlanırdılar. Nəhayət,bir ağsaqqal sürücüyə xitabən səsləndi:

-Qardaş, o elanı ermənicə, rusca səsləndirə bilərsənmi?Bəlkə bir faydası oldu, hə?

Yenə vəziyyət dəyişmədi. Bu dəfə həmin kişi böyürəsöykədiyi əsasını götürüb güc-bəla ayağa durdu. Zorla da olsa, hamilə qadını özyerində oturtdu.

Salonda hərə öz işində, öz kefində idi. Saqqız çeynəyənkim, telefon, planşet qurdalayan kim, ucadan lətifə danışan kim. Bircə kitaboxuyan, qəzet vərəqləyən yox idi. Bir qadının səsi isə sərnişinləri lap dəng eləmişdi.Həddindən ziyadə tosqun, iki nəfərlik oturacağa birtəhər yerləşmiş qadıntelefonla kiməsə nəyisə heç cür başa sala bilmirdi: "Bax, yenə deyirəm, bolşepovtorit eləmiyəcəm, razılaşma onunla, əvvəl-axır atıcey səni. Ona səninvar-dövlətin, evin, maşının lazımdı, elənçikləri çox görmüşük...”.

Avtobus isə artıq Yeni Salyan yolu-22-də dayanacağayan almışdı. Düşəndə gördüyüm mənzərə dilxorçuluğumu bir az da artırdı – birkişi ilə bir qadın, yanlarında da irimik oğlan uşağı dayanacağı əhatələyənyaşıllığı əzə-əzə enişlə aşağı düşürdülər. küləkdən qorunmaq üçün isə buyaxınlarda iməcilikdə əkdiyimiz körpə küknar ağaclarından yapışırdılar. Beş-onmetr qabaqda isə rahat, daş döşənmiş piyada səkisi uzanırdı. Öz-özümə məhəlləmizdəyaşıllıqlara ürəklə qulluq edən ağsaqqalı xatırlayıb bu sözləri mızıldadım –Bayram kişi, heyif sənin əziyyətindən...

TƏQVİM / ARXİV