adalet.az header logo
  • Bakı 21°C

ARZULARIN ÇİN OLSUN

14172 | 2019-05-24 17:07

ARZULARIN ÇİN OLSUN,

MƏZAHİR MÜƏLLİM

Məzahir SƏMƏDOĞLU:"Belaruslarla bizi birləşdirən mədəni və mənəvi cəhətlər çoxdur"

İndi dünyanın elə birnöqtəsi yoxdur ki, orada soydaşlarımız yaşamasın. Etiraf etmək lazımdır ki, Azərbaycandanuzaqlarda yaşayan həmyerlilərimizin heç də hamısı ölkəmizi ondan uzaqlarda yalazımi səviyyədə təmsil etmir, ya da ki, təmsil edə bilmirlər. Amma sevindiricihaldır ki, bu gün Azərbaycandan kənarda yaşasalar da ürəkləri Vətənlə bir döyünən,daim doğma ocağa bağlı olan Vətən övladları da vardır. Belə övladlardan biri dəhaqqında müxtəsər söhbət açmaq istədiyimiz Məzahir Səmədoğludur.

Məzahir müəllim uzunillərdir ki, bizə dost olan Belarus Respublikasında yaşayır. Amma onun qəlbidaim Azərbaycanla bir vurur. Yaşadığı ölkədə vətənimizlə bağlı bütün tədbirlərdəfəal iştirak edən Məzahir Səmədoğlunu həmyerlilərimiz də yaxşı tanıyır, onaehtiram göstərirlər.

Məzahir Yusifovun (MəzahirSəmədoğlunun) uşaqlıq, yeniyetməlik və gənclik illəri Göyçə mahalında, habelə Gədəbəyvə Şəmkir rayonlarında keçib. O, orta məktəbi yüksək qiymətlərlə başa vurduqdansonra ordu sıralarında xidmət etmişdir. Daha sonra Moskva Xalq Təsərrüfatıİnstitutunun iqtisadiyyat fakültəsində təhsil alan Məzahir müəllim uzun illərdirki, öz taleyini Belarus Respublikası ilə bağlayıb. Yaşadığı ölkənin milli dəyərlərinəyüksək qiymət verən Məzahir Səmədoğlu həm də xaricdə ölkəmizin diaspor təşkilatınınformalaşmasında əlindən gələni əsirgəmir. O, hazırda Belarus-Azərbaycanicmaları Konqresinin təftış komissiyasının sədridir.

Məzahir SəmədoğluYusifov bütün varlığı ilə öz əzəli vətəninə bağlı bir insandır. O, övladlarınıda azərbaycançılıq ruhunda böyüdüb. Yusifovlar ailəsi daim vətənin təəssübünü çəkir,Azərbaycan diasporunun formalaşması sahəsində əlllərindən gələni əsirgəmirlər.Məzahir müəllimin oğlu Vüqar Yusifov Belarus-Azərbaycan İctimai Konqresinin sədrmüavinidir. Məzahir müəllim başda olmaqla bu ailənin bütün üzvləri Belarusla Azərbaycanarasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində əllərindən gələni əsirgəmirlər.



Ötən əsrin sonlarındanüzü bəri Belarus Respublikasında yaşayan soydaşlarımız söhbətimizin qəhrəmanınıdaha çox bir mədəniyyət və mənəviyyatadamı kimi tanıyır. O, həm də bizim ədəbiyyatımıza bağlı bir insandır.Artıq dediyimiz kimi, Məzahir müəllim bir neçə ildir ki, dost ölkədə məskunlaşıb.Amma Vətəndə, daha dəqiq desək, Azərbaycan efir və ekranında vaxtaşırı onunadını eşitmək olar. Bu, nə ilə bağlıdır? Məsələ burasındadır ki, Məzahir Səmədoğluhəm də istedadlı bəstəkardır. Doğrudur, ö, özünü professional musiqi xadimi deyil,bu sahədə həvəskar bir insan hesab edir. Lakin ortada olan melodiyaları onunmaraq göstərdiyi sahəyə necə məsuliyyətlə yanaşdığını sübut edir. Onunauditoriyasının üzvləri daha çox əsgər və zabitlər, vətənpərvər insanlardır. Buisə heş də təsadüfi deyildir. Məsələ burasındadır ki, Məzahir Səmədoğlununmusiqi yaradıcılığından Vətən və vətənpərvərlik mövzusu qırmızı bir xətt kimikeçir. O, qəhrəman döyüşçülərimiz haqda bir neçə maraqlı musiqi parçalarıyazmış, sevdiyi şairlərin sözlərinə melodiyalar bəstələmişdir.

Məzahir Səmədoğlunun musiqi yaradıcılığının diapozonu xeyli genişdir. Amma o, əsasənmahnı yaradıcılığı ilə məşğul olur. Onlarla mahnının müəllifidir. Onun bəstələdiyimelodiyalar bu gün Azərbaycan efir və ekranında səslənməkdədir. Yazdığımahnılar tanınmış müğınni və xanəndələrdən Gülyaz və Gülyanaq Məmmədovabacılarının, Gülüstan Əliyevanın, Cahangir Qurbanovun, Mətanət İsgəndərlinin,Eldəniz Məmmədovun, habelə Aşıq Zülfiyyənin, Aşıq Azər Fərmayıloğlununrepertuarında möhkəm yer tutmaqdadır.

Yeri gəlmişkən qeyd edəkki, Məzahir Səmədoğlu dəfələrləAzpbaycan efir və ekranlarında vətənpərvərlim mahnılarının ifası təriqi iləelan olunmuş mahnı müsabiqələrində iştirak etmiş, qalib olmuş, birinci yerəçıxmış, mükafata layiq görülmüşdür.

Biz Məzahir Səmədoğlunuuzun illərdir ki, tanıyırıq. O, tez-tez öz doğma vətəninə, doğma elinə baş çəkir.Xalqımızın sevincini öz sevinci, kədərini isə öz kədəri hesab edir.

Məzahir müəllimindediklərindən: "Mən təəssüf edirəm ki, bizim bir çox soydaşlarımız xariciölkələrdə yalnız "istehlakşı" kimi tanınır. Bu, zənnimcə düzgün haldeyil. İnsan harada yaşamasından asılı olmayaraq yerli adət-ənənələrə hörmətetməli, yaşadığı yerin qanunlarına tabe olmalı, ünsiyyətdə olduğu xalqın, necədeyərlər, xeyr-şərində yaxından iştirak etməlidirlər. Bax budur, mən uzun illərdirki, Belarusda yaşayıram. Orada diaspor təşkilatının formalaşmasında az-çox xidmətimvar. Amma düşünürəm ki, iş təkcə bununla bitmir. Elə bu səbəbdən də, ölkələrimizarasında ədəbi, mədəni əlaqələrin daha da möhkəmlənməsinə çalışıram. Bu mənadaölkəmizin mədəniyyət xadimlərinin dost ölkədə tanıması istiqamətində fəaliyyətimizidaha da genişləndirməliyik. Belə hesab edirəm ki, bizim hər birimiz Azərbaycandankənarda özümüzü bir parça vətən kimi təqdim etməliyik. Bəli, hər birimiz özümüzboyda bir Azərbaycanıq. Belarus bizdən məsafəcəuzaq ölkə olsa da, mənən bizə yaxın məmləkətdir. Burada Azərbaycanı, onuninsanlarını sevir və qiymətləndirirlər. Hesab edirəm ki, zaman keçdikcə ölkələrimizarasında əlaqələr daha yüksək səviyyədə qurulacaq. Bu sahədə mədəniyyətlərinrolu daha önəmli mahiyyət kəsb edir. Belaruslarla bizi birləşdirən mədəni və mənəvicəhətlər çoxdur. Bu əlaqələrin canlı daşıyıcıları kimi bizim üzərimizə böyük vəzifələrdüşür..."

Bu gün Məzahir müəllimömrünün müdriklik çağını yaşayır. İllər bir-birini sürətlə qovur, biz zamanınaxarı ilə keçmişdən gələcəyə doğru addımlayırıq. Amma bəzən bu zaman sanki bir anlığa, ani olaraq dayanır, nəfəsdərir. Daha doğrusu, bu "qısa dayanmalar" vaxtı həmin sürətli və sürəklizamanın ayrı-ayrı anları musiqi notlarına çevrilir. Məzahir Səmədoğlunun qəlbindənqopan o notlar insanların yaddaşına hopur, ürəklərdə əks-səda verir.

Məzahir müəllimindediklərindən: "Sivilizasiyalar və mədiyyətlər get-gedə bir-biri iləqovuşur, təkcə yan-yana deyil, həm də sanki iç-içə yaşayır. Amma orası da varki, hər xalq, hər millət öz "mədəni müxtariyyətini" qoruyub saxlayırvə yaxud qoruyub saxlamalıdır. Biz də öz mədəniyyətimizi hifz etməliyik. Bu günBelarusun müxtəlif guşələrində dilimizdə danışan insanlara rast gəlirik. Buradaqardaş Azərbaycan yazıçılarının kitabları çap olunur, rəssamlarımızın əsərlərisərgilənir. İdmançılarımızın səs-sorağı gəlr. Ekran və efirdə müsiqilərimiz səslənir,rəqqaslarımız öz ustalıqlarını nümayış etdirir. Biz belarus xalqı ilə bütün sahələrdətərəfdaş, dost və həmrəyik".

Məzahir müəllimlə hərgörüş bir yaddaqalan xatirəyə çevrilir. O, dostluğa sədaqətli bir insandır. Və bütün müdrik insanlar kimi, Məzahir Səmədoğlu dadostluğa bir sənət əsəri kimi yanaşir, onu qoruyur, onun dəyərini yüksək qiymətləndirir.

Düzdür, biz dostlarıonu sıx-sıx, tez-tez görə bilmirik. Amma onun melodiyaları bir dostluq körpüsükimi, daim insanları bir-birinə yaxınlaşdırır, könülləri bir-birinə qovuşdurur.Elə dostumuzun adı da bizim ürəyimizdə bir melodiya kimi səslənir, etibar və sədaqətmelodiyası kimi...

Məzahir Səmədoğlutorpaqlarımızın yağı düşməndən azad olunmasını səbrsizliklə gözləyir. Onun bəstələdiyimahnıların əzəli və sonu Vətəndir.

Biz dostumuz Məzahir müəlliməbundan sonra da ilhamlı yaradıcılıq, işlərində uğurlar, möhkəm cansağlığı arzuedirik. Qoy onun bütün arzuları çin olsun.

Tofiq Xəlil

Firuz MUSTAFA

TƏQVİM / ARXİV