Əbülfət MƏDƏTOĞLU: GEDƏN GÜNÜN ARXASINCA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
60432 | 2019-05-27 09:40

Hər ötən gün özüylə nəisə aparır və hər ötən günün də arxasınca özündən asılı olmadan çevrilibbaxırsan. Bəlkə də bu bir instinqdi... Bəlkə də insanın özünün özündən qopan zərrələrinə,hissəciklərinə bir təəssüfdü, bir ehtiramdı... bir vidadı, bir ağıdı. Amma hərnədisə, bu bizim içimizdən bütün hallarıyla gəlib keçən bir hissdi. Və mən dəsizlərdən biri olaraq hər ötən günün məndən gətirdiyindən çox apardığını görürəm,yaşayıram və onun dalınca da heç nə demədən susub baxıram. Guya desəm nə olacaqki?! Necə deyələr, olan olub, gedən gedib...

Bu məqamda yadıma rəhmətlikməşhur meyxanaçı Nizami Rəmzinin (əgər yanlışlıq edirəmsə, oxuculardan üzr istəyirəm- Ə.M.) dillər əzbəri olan meyxanası düşür. Daha doğrusu, onun bir bəndi. Sovetdövrünün meyxanalarından idi bu. Deyirdi ki:


Gedən gedib, yerdəqalan da gedəcək,

Qorxma, bizi dərdəsalan da gedəcək.


Bəli, bu prizmadanbaxanda gedən də, səndən qopub ayrılan da nə qədər üzücü olsa da dözməyə məhkumuq.Başqa yolumuz yoxdu. Sadəcə, yadımızda saxlamalıyıq ki, biz bizdən öncə gedənlərəqovuşacağıq, ruhən onlarla birlikdə olacağıq. Ona görə də arxasınca baxdığım ötəngünün ondan öncəki günlərə qovuşduğunu qəbul edirəm. Və bu gün yazınını diqtəolunduğu, yazıldığı zaman kəsiyinin də ötüb gedən günə qovuşacağına heç birşübhəm yoxdu - mənli, mənsiz. Həyat, zaman və təbii ki, bir də Yerin öz oxu ətrafındafırlanması öz işini görəcək. Mən nə qədər desəm də ki, içində olduğum ağrı,acı, sevinc, kədər, uğur, məğlubiyyət, bir sözlə, məni əhatə edən və mənimsarıldığım nə varsa, tərpənməzdi, dəyişməzdi. Bu bir abstrakt fikir kimi mənəaiddir. Onun dəyişdiyi isə başqalarının diqqətindən yayınan deyil. Hətta bir dəfəyazdığım misraların təsiri altında bu mövzuda fikir yürütməyə çalışanda dəyərlibir dostum mənə xatırlatdı ki, öz adından və öz düşüncən kimi ortaya qoyduğunukiməsə sırımaq ixtiyarın yoxdu. Onun dediklərini götür-qoy edəndən sonrarazılaşdım. Və elə həmin o razılıq nöqtəsində bir daha şeirin ahənginə uyubdedim ki:


Elə kövrəlmişəm uşaqolmuşam

İçimdə büzülür dodğım xəlvət...

Mən indi hamıdan uzaq olmuşam -

Soyuğa bürünür otağım xəlvət.


Elə kipriyimi tək-tək qırpıram

Demək kəfənimi cırpıb yırtıram...

Gecə yastığımı yüz yol çırpıram -

Dərdə çarpayıdı yatağım xəlvət.


Geçən bu ömürün çoxudu artıq

Ürək son nəğməsin oxudu artıq...

Aşkar sağalması yuxudu artıq -

Görən sağalacaq o dağım mənim?!


Bəli, indi ömrün çoxunun getdiyi və bir də bu gedənin sağalmayanyaraları özü ilə aparmaması əlavə bir ağrılı, əlavə bir yük olur çiynimdə. Bax,ona görə də əsəblərimi cilovlaya bilmirəm. Necə deyərlər, ağrısını, ağırlığınıatıb gedənlərin namərdliyinə dözülməz oluram. Axı, biz niyə belə edirik? Niyəancaq özümüzə faydalı olanı, özümüzün həyatında iz buraxanı yarıyolda qoyuruq.Axı sevinclə kədər əkizdi. Ona görə də sevincin ömrümüzdə açdıqlarını özümüzləgötürdüyümüz kimi kədərin də vurduqlarını unutmalı deyilik. Onları toplum halında, ömrümüzün bir hissədi kimidaşımağı bacarmalıyıq. Düşünürəm ki, mənim bu məntiqim o qədər də qorxulu və təhlükəlideyil. Ən azından hisslərə bir sayğıdı. Sayğı göstərən də təbii ki, sayğıylaqarşılaşar...

Ötən zaman kəsiyinin həyatımavurduğu naxışların içərisində baş səhifə var. O səhifə qırmızı qələmlə yazılıb.Hardan baxsam, hansı tərəfdən vərəqləri çevirsəm, dərhal diqqətimi çəkir, o,özünü göstərir. Özü də elə göstərir ki, ona "yox ol!" demək mümkünolmur. Ona görə ki, o, ömrün bir hissəsidir və bunu da öncədən də qeydetmişdim. Elə həmin o qırmızı hərflə yazılıb qaranlıq məqamlarıişıqlandıran hissənin də baş qəhrəmanıözüməm. Axı burda söhbət tək mənim yox, həm də böyük bir insan toplumununyurdsuz-yuvasız qalmasından gedir. Özümünkülərin, həmyerlilərimin çəkdiklərini,oxşar və yaxud da müəyyən fərdlərlə yaşamaq, çəkmək qismətimin işığında kağızapıçıldamışam ki:


Özüm qaçqın, yuxumqaçaq

Gözümün dibi lillənib...

Səhərləri necə açdıq? -

Bir deyən yoxdu - dillənib...


Başımdan basır aşağı

Çəkdiyim qəmlərinfikri...

Qovur mən adlı uşağı -

Barmaqlarımın zikri...


Dumandı səmtim və bərəm

Yoxdu gələn, nə də görən...

Nə bitir ki, nə də dərəm?-

Nə də yoxdu ümid verən...


Qaçaq yuxum, qaçqınözüm

Ortada başına qaldım...

Bir meh idi əsdi sözüm-

Sonda göz yaşınaqaldım...


Elə bu yerdəcə vurğulayım ki, bütün ağrıların,bütün dərdlərin, bütün sevinclərin, hətta bütün gülüşlərin şah damarı olur. Odamarla təkcə dərd, qəm, sevinc, ağrı fırlanmır. O damarla, biz onu izləyəndə,onu özümüzdə hiss edəndə elə özümüz də ona qoşuluruq. Bir də baxıb görürük ki,içimizdəkilərin başqa cizgiləri də ortaya çıxır, özünü büruzə verir. Şəxsən mənbelə hallarda öz-özümə pıçıldayıram:


Mən çəkən dərdlərinhamısı tərdi

Üstünün şehi dəqurumayıbdı...

Özünüz görürsüz vallah,nətərdi -

Gözünün lili dədurulmayıbdı!..


Deməli, çəkdikcə çəkilən,yaşadıqca yaşanılan hisslərdən qurtulmaq, lap konkret desəm, xilas olmaq yoluyoxdu. Ona görə də hər yerdə, hər zaman,hər bir yazımda, hər bir sözümdə təkrar-təkrar vurğulayıram ki, Allahınverdiyini yalnız Allah geri ala bilər. Əgər mənin qəlbimdə Səni bir varlıqolaraq yaradıb, böyüdüb yaşadırsa, məndən də səni almaq gücü ona məxsusdu. Bunuqəbul etmək heç də hansısa bir günaha imza atmaq deyil. Əksinə, bu, gerçəyinetirafıdı. Yoxsa...

Bəli, etirafda gecikəndəağrı da, xatırlama da çox dəhşətli olur. Hətta bəzən dözülməz həddə gəlibçıxır. Bax, bu mənada mən sənə etiraf etdiyim kimi, sən də mənim haqqımın üstünəgetməməlisən. Etiraf etməsən də onu tapdalamamalısan. Çünki:

Susdurmayın, ruhumun

Qonaq gələn vaxtıdı...

Son, əbədi yuxumun -

Ruha bələn! -vaxtıdı...


Şər qarışıb sükut da -

Öz içində susub ta!..

Kipriyində su tut da -

Qəmin gülən vaxtıdı...


Ürək bağlı kiliddi

Kim açdı, kim kiritdi?!

Dünyasından kim itdi -

Onun bilən vaxtıdı!..


***

Hər dəfə hansısa birişin dalınca və yaxud da eləcə özümdən, sözümdən inciyib, ya da onlara birdinclik vermək istəyiylə çəkilib haralarasa gedəndə mənə elə gəlir ki, bir dədönüş olmayacaq. Tam səməmi deyirəm, istənilən adamı harasa yola salanda eləbilirəm ki, o, özüylə birlikdə bütün dünyamı götürüb aparır. Bir də o adamı görəbilməyəcəm. Bu çox ağrılı bir hissdi. Hətta bir dəfə mənə söyləyiblər ki, özümgedəndə narahat olmuram, yola salanda üzülürəm! Bax, bu deyim bütün dünyama,bütün hisslərimə hakim kəsilib. Ona görə də lap deyək ki, gəzməyə, toya-bayramagedən adamların da yolasalma mərasimi mənə ağrı yaşadır. Bunu mənə irad tutabilərsiniz, günah saya bilərsiniz. Amma neyləyim ki, bu belədi. Gedənlər mənimdünyamı da özləri ilə aparırlar. Amma özümü aparmırlar. Və hardasa mənə elə gəlirki, onlar bu gedişlərilə məndən qurtulmaq, məndən xilas olmaq istəyirlər.Bilmirəm hardan hopub qanıma bu üzüntü ? Və mən bunu zaman-zaman yaşayıb gedənlərində, elə qalanların da, o cümlədən özümün də ovqatımı korlayıram. Və tutulaniradları da təsəlli olsa belə həzm edə bilmirəm. Çünki gedənlər mənim təklənməyiməyol açırlar. Və mən də həmin o təkləndiyim anların şəklini çəkirəm, özü də sözlə...


Tez gəl gülüm, dönübtez gəl

Bu şəhər təkləyib məni...

Ürəyim, həm tutduğu əl-

Sənsizlik ləkləyib məni...


Bu şumda qəm şitillənib

Kədər də bostançıolub...

Orda-burda midillənib -

Keçən vaxtım itib,solub...


Sığındığım künc, bucaqdağ

İsinməyib hənirimə...

Yad gəlibdi ev, uşaq da-

Bu tükənən səbrimə...


Ağırlaşıb anın daşı

Təkliyim

güc gəlir mənə...

Bu sevginin yanın qaşı-

Qorxuram göz dəyər sənə!..


Getdin, gördün, gəzdin,qayıt

Təkliyimi sökcanımdam...

Yatan ruhu öpüb ayılt -

Getmə, bir də sənyanımdan...


Hə, indi bütün yazıboyu söylədiklərimin cilovunu əlimə almaq, bir axara gətirmək zamanıdı. Çünkiötən hər gün özüylə apardıqlarının içərisində sənin izin, sözün, işartın daolur. Onlar gedib xatirəyə çevrilir. Mən isə xatirələrlə əylənmək, xatirələrlətəsəlli tapmaq istəyindən çox-çox uzağam. Ümumiyyətlə, acı da olsa gerçəkliyinözü mənə daha doğmadır. Bu doğmalığın da ömrü özümün, sevgimin ömrü boydaölçülüb mənim üçün. Mən boyumdan hündür, yəni ölçümdən artıq nəsə istəmirəm,ummuram. Tanrıdan diləyim yalnız mənəyazdığının, mənə verdiyinin halal haqqın olmasıdı- acı da olsa, şirin də, əzablıda olsa, sevincli də! Axı mən Tanrı önündəruhumu ona tapşırıb demişəm ki:

Bir Tanrı nuru var bəndə içində

Yuxusun şeh ilə silənlər bilir...

İlahi, bu nurun mən dəiçində -

Pıçıltı kimiyəm, bilənlərbilir...


Məsafə keçmişəm gözdənuzaqda

Ocaqdan uzaqda, közdənuzaqda...

Nə qədər dursam da sözdənuzaqda -

Mən sözün kimiyəm? -bilənlər bilir.


Uca olmağın da ölçüsühaqqın

O ölçü qazancın - əbəditaxtın...

Zamanın sözüdü, sözün dəvaxtın -

Keçib sınaqlardan gələnlərbilir.


Məsafə nədir ki? -göz-qaş arası

Ürəyin özü ol, ya daparası...

Əbülfətə qalan bir gözqarası -

Bir də nəm kiprikdi -gülənlər bilir.


Bəli, ötən günün,yaşadığım anın, üzümə açılacaq sabahın böyük Səməd Vurğun demişkən, mübtədası Sənsən!Bunu bilənlər bilir. Siz də ötən gününüzün, yaşananan anınızın mübtədasınıunutmayın. Bilin ki, onu da bilənlər bilir, o cümlədən də mən!..

TƏQVİM / ARXİV