adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Fəridə Rəhimli - OYAN!!!

FƏRİDƏ RƏHİMLİ
25413 | 2019-05-29 09:45

Deyir Azərbaycan yatmışşirdi. Oyandırsan...

Mənim fikrimcə əsnəyib,gedib başqa yerdə yatacaq!

Bu nə yatağan şirmiş,heç ayılmaq fikri yoxdumu bunun? Bir gün bu şir ayılıb görəcək ki, dörd tərəfiçaqqal sürüsüdü. Başqaları da çaqqalların məkanı zənn edəcək oraları, çünki gözgördüyünü qəbul edir.

Bəxtiyar Vahabzadədeyirdi ki:

Gedən torpaqları qaytarmaqüçün

Savaşa bilmədik, sülhləöyündük.

Babamız qurd idi, ancaqbiz bu gün

Əllərdən ot yeyənquzuya döndük.

Bəli, quzuya döndərdilərbizi! Halbuki haqlı bizik, əzilən bizik, talanan bizik, niyə qorxuruq, dahaqorxası, itirəsi nəyimiz qaldı ki? Namus getdi, şərəf, qeyrət getdi, torpaqgetdi...

Fuad Abbasovun Rusiyadaqanunsuz həbsinə etiraz fikirləri, toplantılar haqqında neçə gündü sosial şəbəkədəpaylaşımları izləyirəm. İki gün əvvəl o toplantılardan birinə qatıldım. Sosialşəbəkələrdə o qədər vətənpərvər çıxışlar, klaviatura qəhrəmanlarının pafosluçağırışları vardı, gediləcək ünvanın dəqiqliyinə varmadan yola çıxdım. Düşündümki, bu millət üçün canını fəda edən Fuad Abbasovun müdafiəsinə qalxanların oünvana axışmasını kənardan görəcəyik və o ətrafda kimdən soruşsan ünvanıgözüyumulu göstərəcək. Təəssüf... metrodan çıxdım, ətrafa boylandım, hər kəs özgündəlik həyatının, keçiminin hayında. Maraq bürüdü məni, toplantıya gecikəcəyimibilsəm də, ətrafdakı insanlar arasında sorğuya başladım. İyirmi-otuz, hər təbəqədənolan insandan heç kimsə Fuad Abbasovu tanımadı və elə bir toplantı olduğundanda xəbərsiz olduğunu söylədi. Heç o ünvanı da bilən olmadı. Laqeydliyimizingetdikcə artmasından daha çox qorxdum orda. Düşüncələr məni qoynuna alıb əsrlər,illər öncəyə dartdı. Nələr çəkib bu millət, başına gəlməyən qalmayıb, ammaunutmuşuq. Kin, nifrət, qəzəb bəzən lazımdı insana. Xoş niyətliliyimiz qeyrətsizliyəgətirib çıxarıb bizi. Bir millət tarixinə, başına gələnlərə bu qədər laqeyd olabilərmi? Torpaq, qadın əldən getdisə hansı şərəfdən, qeyrətdən söhbət gedə bilər?Şərəfimizi geri almağa çalışan belə oğulları bu ağır gündə tək bıraxacağıqsa, lənətolsun bizdəki adamlığa! Əsas məni incidən isə Fuad Abbasov haqqında soruşduğumgənclərə, bu məsələnin sanki dəxliyoxmuş kimi davranmaları idi. Bütün gün sosial şəbəkədəsiniz, bax indi dətelefon əlinizdədir, heçmi rast gəlmədiniz o ada, sualıma da küt-küt başlarınıbulayırdılar. Açın baxın, deyə israrla onlara tövsiyyə etdim - Fuad Abbasov!

Metro yaxınlığındakı parkdaiki lalın əl hərəkətləriylə söhbət etdiyini gördüm. Biri qarşısındakı dəzgahdanəiləysə məşğuldu. Onlara yaxınlaşdım. Telefonda hazır tutduğum ünvanı göstərdim. Az əvvəl sorğu apardığım özündənrazı,həyasızcasına hırıldayaraq Fuadı tanımadıqlarını utanmadan deyən "gədələrdən"fərqli olaraq onlar mehribanlıqla yolu göstərdilər, hətta onunla kifayətlənməyib,dəzgahın arxasındakı çıxaraq yolu tam başa salsın deyə xeyli yol da gəldi mənimlə.

Toplantı olan binanın həyətindəkitut ağacının altında xeyli kişitoplanmışdı. Yəqin hələ tədbir başlamayıb düşünərək yaxınlaşanda isə səs-küylənərd oynadıqlarını gördüm... Fuad kimilər bu millətimi ayıltmağa, oyandırmağaçalışır?..

Fuad Abbasov imzasınıçoxları yəqin ki son olaylara qədər eşitməmişdi. Baxmayaraq ki, Azərbaycanüçün, Türkiyə üçün, ümumiyyətlə türk dünyası üçün, onların hüquqlarının müdafiəsiüçün əsl mənada döyüşərək özünü təhlükəyə atan bu insanın varlığından xəbərsizdibu millət. Teledebatlarda, canlı yayımlarda qorxmadan, çəkinmədən Rusiyanın,onların himayəsində əl-qol açan ermənilərin toplantısında təkbaşına hər birinifaktlarla, arqumentlərlə susduraraq yanan ürəyimizə su səpən bu igid oğlumuzumillətin tanımaması ürəkparçalayıcı idi. Xalq üçün canını fəda edən insana, heçolmasa onun arxasında olduğunu bildirməmək laqeydliyimizin hədsizliyi idi. Həmdə belə həssas bir durumda. Torpaqlarımızın işğal altında, qız-gəlinlərimizin əsirolduğu, azğın düşmənin yeni torpaq iddiasında sərsəmlədiyi bir vaxtda... Bəzisosial şəbəkədə şiraslana dönən "ağzıgöyçəklər" isə Fuadı Milli Qəhrəmanaçevirdiyimizin doğru olmadığını ifadə edirlər. Bəli, o, əsl Milli Qəhrəmandı!Döyüşən oğullarımız bir neçə sayda erməni məhv edirdilərsə, Fuad həmRusiyadakı, həm Azərbaycandakı, eləcə də dünyadakı azərbaycanlılar, türklərarasında milli oyanışa səbəb olan fəaliyyət göstərirdi. Tariximizə dərindən bələdolduğundan, jurnalist, hüquq təhsili və malik olduğu daxili qeyrət, vətənpərvərlikona qarşı tərəfin cavabını rahatlıqla, əminliklə verməyə yardım edirdi. Həm dəfəallarımızın başına gətirilənləri bilə-bilə, görə-görə fəaliyyətini davametdirirdi.

Həm də haqlı olduğuüçün bədhaxları susdura bilirdi. O, bizi, xarici ölkədə, həm də düşmənimizinarxası, dostu olan ölkədə canını təhlükəyə ataraq müdafiəyə qalxan danışandilimizdi. Təbii ki, düşmən onu barındırmazdı orda. Düşmən qarşındadı,tanıyırsan, görə bilirsən. Amma içimizdəki satqınlarla döyüşmək daha çətindi.

"Odalar yurdu" çaqqallar yurduolacaq laqeydliyimiz, unutqanlığımız, xoşqeyrətliliyimiz üzündən. Dünya torpaqlarımızınişğalından, ermənilərin qanunsuz torpaq zəbtindən danışır, qətnamələr çıxarır,bunlar erməniylə dost olmağı planlaşdırırlar. Bir tərəfdə on-on beş yaşındangirov düşmüş başına olmazın oyunlar gətirilən qızlar, dığaların qəbri üstündəbaşı kəsilən igidlərimiz, yarılanmış torpaqlarımız, o biri tərəfdə erməniylədostluğa səsləyən erməniqanlı "vətəndaşlarımız". Adolf Hitler deyirdiki: Vətənini azad etmək istəyirsənsə, tüfənginə qoyduğun 10 güllədən 9-nusatqınlara, birini isə düşməninə atmalısan. Kaş ki, o tirana məğlub olaydıq!

Fuad Abbasovu müdafiəedə bilmədik. Aqibətinin belə olacağı əvvəldən məlumdu. Ona görə də bugünküyersiz hay-küydənsə vaxtında diaspora (?), oradakı leqal, qeyri-leqal təşkilatlar, özünü "avtoritet" sayan qüvvələrimizqorumalıydı onu. Ümidim get-gedə ölür bumillətin birləşəcəyi, torpaqlarını, şərəfini qaytaracağı günə...

Ayıl artıq, yatmış Şir! Yuxuna, rahatlığına,laqeydliyinə lənət!!!

TƏQVİM / ARXİV