adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 May 2019 16:05
9666
GÜNDƏM
A- A+

AQTA əməkdaşları heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qobustanda heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər.

Görüşdə sahibkarlara heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, bu xəstəliklərin yaranma səbəbləri, onların prafilaktikası və qarşısının alınması yolları, eləcə də Agentliyin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirdə heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsində qida zəncirinin ilkin istehsal mərhələsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rolu sahibkarların diqqətinə çatdırılıb.

Tədbirdə təsərrüfat sahiblərinə heyvandarlıq obyektlərinin baytarlıq-sanitariya tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, heyvan xəstəliklərinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl edilməsi ilə bağlı təlimatlar təqdim edilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.