Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər Adalet.az | Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər

28213    |   2019-05-24 15:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxı rayon Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Adalet.az-ın məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından, nazir müavini Rafiq Bayramov Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu rayonundan olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin iştirak etdiyi qəbulda vətəndaşlar tərəfindən Şamaxı rayonunda aşıq Məmmədağa Babayevin büstünün ucaldılması, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində "Şəxsiyyətlər muzeyi”nin yaradılması, "Yeddi günbəz” kompleksinin bərpa olunması, Sündü kəndində olan mağaraya inventar nömrəsinin, Şirvan folklor kollektivinə "xalq kollektivi” adının verilməsi ilə bağlı müraciətlər edilib. Həmçinin Qobustan rayon Rəşid Behbudov adına Musiqi məktəbi üçün konsert zalının tikilməsi, Şamaxıda səsyazma studiyasının yaradılması, Dəmirçi Arxeologiya Muzeyinin nazirliyin balansına verilməsi, fəxri adlar, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət də səslənib.

Nazirin birinci müavini Vaqif Əliyevin keçirdiyi qəbulda İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşların müraciətləri xalq teatrlarının rejissorları üçün paytaxt teatrlarında praktiki məşğələlərin təşkili, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təchizatı, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin nazirliyin balansına verilməsi, Qəbələ Dövlət Rəsm Qalereyası üçün inzibati binanın tikilməsi, rayon MKS-lərə yeni kitabların verilməsi, "Lahıc” xalq kollektivinə ştat vahidlərinin ayrılması bərədə olub.

Nazir müavini Rafiq Bayramovun iştirak etdiyi qəbulda Ağsu rayon sakinləri tərəfindən ölkədəki Heydər Əliyev mərkəzlərinə tanışlıq turlarının təşkili, Ağsu Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, məktəb üçün yeni binanın tikilməsi, Tarix-diyarşünaslıq muzeyinin təmiri və ekspozisiyasının yenidən qurulması və digər məsələlər barədə müraciətlər edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərdən çox vətəndaşın müraciətinə baxılıb.

Qəbuldan sonra mətbuata açıqlama verən Mədəniyyət naziri Əbülfəs Qarayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini qeyd edib: "Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.

Nazir vurğulayıb ki, Şamaxı şəhəri Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Şamaxıda festivalın keçirilməsinə hazırlıq həyata keçirilir. Həmçinin Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir.

Əbülfəs Qarayev mayın 24-də nazir müavinləri tərəfindən İsmayıllı, Qəbələ və Ağsu sakinlərinin qəbulunun keçirildiyini də diqqətə çatdıraraq deyib ki, bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ həll olunmasına şərait yaradır.



İmza:

"Ən böyük arzum ölməməkdir" - Ramiz Əzizbəyli

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

"Qodonun intizarında" fərqli səhnədə

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi

“Yad gəlin” gəlir

“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi - FOTO/VİDEO

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK