Faiq QİSMƏTOĞLU: SUSMAQ...

FAİQ QİSMƏTOĞLU
42189 | 2019-05-25 11:17


... Çox götür-qoydan sonra bu qənaətə gəldim ki, bizim başımıza nəfaciələr və hansı oyunlar gəlibsə; o elmsizliyimizdən və susmağımızdanyaranıb!.. Elmsizliyimiz və susmağımız həmişə bizə baha başa gəlib. Məsələn,başqa millətlər elm dalınca gedəndə biz axmaq-axmaq və cahil-cahil işlərlə məşğulolmuşuq. Və bu axmaq-axmaq və cahil-cahil işlər bizi aparıb çıxarıb qaranlıqbir dünyaya. Hələ də o qaranlıq dünyadan çıxa bilmirik ki, bilmirik!..

... Bəzən özümüzü aldadırıq ki, əşi, yox ey, biz çox inkişaf eləmiş,savadlı, elmli adamıq! Elə ki, çox yox, Biləcəridən o yana keçirsən, başqa millətlərlə,başqa xalqlarla yol-yoldaşı olursan, söhbət eləyirsən, görürsən ki, ən geridəqalan bizik...

... Heç bu gerilik də bizi yerindən tərpətmir ha!.. Ha eləyirsən, haçalışırsan bir addım önə gedə bilmirsən. Böyük Üzeyir Hacıbəyovun sözü ilədemiş olsaq, cürətsizliyimiz və cəsarətsizliyimiz bizi istədiyimiz məqsədəçatmağa imkan vermir. Aramızda bir-iki nəfər o addımı atan tapılsa da, millətiniçindən çıxıb ona bir badalaq atırlar, o da kəllə-mayallaq dəyir yerə, başıyarılır və addım atmağına peşman olur...

... Dil bilmək savadlı olmaq demək deyil. Ola bilər beş dil biləsən vəbeş dildə də bülbül kimi cəh-cəh vurasan. Bu başqa bir məsələdi. Bizimkilər isəbir-iki dil bilməklə bəzən sinələrini qabağa verib deyirlər ki, biz hər şeyiyaxşı bilirik. Amma onu bilmirlər ki, o bir-iki dili öyrənmək vərdişdi. Əsasodur ki, ürəyin olsun, bu vətəni, bu torpağı sevməyi bacarasan. Dildə yox ha, əməldə!Biz də, şükür Allaha, əməl yox, dil pəhləvanlarıyıq!. Nə desən danışırıq, nədesən üyüdüb tökürük, amma bir iş görə bilmirik ki, bilmirik...

... Elmsizliyimizdən və susmağımızdan yadellilər həmişə istifadəediblər; başımıza qapaz vurub çox şeyimizi götürüblər, torpağımızı əlimizdənalıblar, şəhərlərimizi, kəndlərimizi yandırıb dağıdıblar. Biz isə ən yaxşı halda öz içimizdə dərdimizi, sərimiziçalxalamışıq və demişik. Bir az da irəli gedib bu göz yaşlarını, bu faciəniavropalılara danışmışıq. Onların da bizə heç vaxt ürəyi yanmayıb. Çünkiavropalılar da ən çox öz dinlərindən və dillərindən olan millətlərə inanıblar.

Məsələn, ermənilər haqsızola-ola yalandan danışa-danışa dünyanın hər tərəfində haqlı çıxıblar. Onlarınyalanı ayaq tutub yeriyib, bizim düz sözümüz, haqqımız elə düzdə qalıb! Ermənilərinnefti, qazı, təbii sərvəti olmayıb, bizim təbii sərvətimiz, neftimiz, qazımızolsa da, o həqiqəti o kar avropalıların qulağına çatdırsaq da, məsələni həll eləyəbilməmişik. İndi 27 ildir ki, biz qışqıra-qışqıra deyirik ki, ermənilər Şuşanı,Laçını, Kəlbəcəri... işğal edib. Biz deyirik, onlar eşitmirlər...

... Əlimizdə dəlil, sübut ola-ola heç kimi inandıra bilmirik ki, bizhaqlıyıq. 27 ildir gözləyirik ki, o Lazım köpəkoğlu gələcək, biz də silahasarılıb torpaqlarımızı işğaldan azad edəcəyik. Və lazım köpəkoğlu da gəlməkbilmir ki, bilmir! Hələ 27 il də gözləməliyikki, o Lazım köpəkoğlu gələcək. Bax, burda nə çıxır üzə? Burda üzə o çıxır ki,biz cürətsiz və cəsarətsizik! Elə əcnəbilər də bizim bu zəif yerimizi yaxşıbilib bu məsələləri ötür-ötür oyununa salırlar. Çörəyimizi yeyirlər, suyumuzuiçirlər, meşələrimizdə, dağlarımızda ceyran-cüyür ovlayırlar, sonra burdan gedənkimi hər şey yadlarından çıxıb başlayırlar timsah kimi göz yatökən ermənilərəqahmar çıxmağa. Çörəyimiz tutsun onları!..

... Bizim bir atalar sözü vür: "Susmaq qızıldı”. Yaxşı sözdür. Ammabaxır susmaq harda qızıldı. Məsələn, indiki zamanda susmaq, danışmamaq, diliniboğazda saxlamaq bizi zaman-zaman işğal altında olan torpaqlarımızdan bir az dauzaqlaşdırır. Heç danışmaqla məsələ də həll olunan deyil. Çünki danışmaqla məsələhəll olunsaydı, 27 il bundan əvvəl torpaqlarımız qayıdardı. Deməli, nəyəsə sığınmaq və o addımın atılması çoxdangecikir. Həqiqətən də güclü ordumuz varsa, Lazımın gəlməsinə ehtiyac yoxdur.Belə bir deyim də var ey: "Vuran oğul atası ilə məsləhətləşməz”.

... Elmsizliyimiz və susmağımız bu gün də davam eləyir. Çünki vəzifədəoturanların çoxu elmsizdi. Onlar işi bilməkdən çox pul alıb verməyi bacarırlar.Əsas odur ki, vəzifədə oturanda alıb-verməyi bacarasan. Bunu ki, bacardın, taysənə zaval yoxdur! Vəzifə pillələrini çox yüksəklə qalxacaqsan, gəliboturacaqsan ürəyin istədiyin yerdə. Və belə adamlar da gəlib ürəyi istədiyiyerdə əyləşəndə nə vətən yada düşür, nə xalq, nə də millət. Yuxarıdan aşağı o vətənə,o xalqa, o millətə baxmaqda davam eləyir. Bir savadlı adam görəndə də elə bilki, qutuda ilan görür. Axı savadlı adam haqqını tələb etməyi, hüququnu yaxşıbilir. Bizimkilərin də hüququnu bilən, haqqını tələb edən adamlardan zəhləsigedir.

Biz savadlı, elmli və bilikli olsaq, bütün qapıları aça bilərik.Ancaq təhsilimizi elə günə qoyublar ki, bir qoca arvad lazımdır ki, dəsmalgötürüb ağı deyərək bu təhsilin gününü ağlasın! Gündə bir "yenilik” eləyibyazıq uşaqların belini qırırlar. Təsəvvür edin, dərs proqramı başa çatmamışburaxılış və qəbul imtahanları keçirilir. Əgər iyunun 15-də orta məktəblərdə dərssona çatırsa, bəs onda nə üçün buraxılış və qəbul imtahanları mayın əvvəllərindəaparılır? Suallar da həddindən artıq çətinləşdirilib...

... Builki qəbul imtahanları zamanı hələ ki, heç bir abituriyent 700bal toplamayıb. Çünki təhsilimizin başına elə bir corab hörüblər ki, çətin ki,istedadlı uşaqlar bu corabı cırıb istədiyi balı toplaya bilsin. Böyük şair BəxtiyarVahabzadə deyib: "Hara gedir sabahımız?”. Bax, indi mən Təhsil Nazirliyindən vəeləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyindən soruşuram: "Buproqramla, bu sistemlə hara gedir təhsilimiz?”

Çox danışıb, çox yazıb əsəblərinizi və ovqatınızı korlamaq istəmirəm.Ancaq bir mətləb də var; mən deməyim, sən demə, o deməsin, bəs kim bu millətinağrıyan, "xəstə” yerini göstərsin? Biz bunu göstərməliyik ki, bu "xəstəlik”müalicə olunsun. Hələ görək bu "xəstəlik” müalicə olunurmu? Yazıma böyük RamizRövşənin "Tanrı bizə ömür verdi” şeiri ilə nöqtə qoyuram:

Çıxdıq zülmətdən işığa,

Tanrı bizə ömür verdi,

Özgələrə - danışmağa,

Bizə - susmağa dil verdi.

Qıfıl asdı dilimizdən,

Qalxdıq, basdı belimizdən,

Nə aldısa əlimizdən –

Əvəzində səbr verdi.

Çox ömrü toya döndərdi,

Kimini aya göndərdi,

Bizi də suya göndərdi –

Əlimizə xəlbir verdi...

TƏQVİM / ARXİV