adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 May 2019 15:00
28203
DÜNYA
A- A+

Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) orduda qadınların da hərbi xidmət keçməsi təklifi ilə çıxış edib.

Adalet.az-ın məlumatına görə, bu təklifi parlamentin iclası zamanı bir neçə deputat səsləndirib.

Deputatlar bildirib ki, Türkiyənin hər bir vətəndaşı orduda xidmət etməlidir: "Türk qadınlarının hərbi xidməti üçün hər bir şərait yaradılmalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar hərbi xidmətdə yeni sistemin yaradıla biləcəyini demişdi.