adalet.az header logo
  • Bakı 18°C
24 May 2019 14:50
38237
MƏDƏNİYYƏT
A- A+

Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq

Mayın 25-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Vətən uzaqda deyil” adlı konsert keçiriləçək.

Adalet.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə keçirilən konsert, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May – Azərbaycan Demokratik Respublikasının yaradılmasının 101-ci ildönümünə həsr edilir.

Konsertdə Sergey Rahmaninovun piano və orkestr üçün 3 nömrəli konserti (piano – İslam Manafov, dirijor – Abuzər Manafzadə), Jud Fridman və Alan Riçin "Run to You”, Rauf Hacıyevin "Azərbaycan” (vocal – Karen Danger-Manafzadə, dirijor – Turan Manafzadə), Abuzər Manafzadənin balaban və simfonik orkestr üçün konsert kimi əsərlər ifa olunacaq.

Musiqiçiləri balaban və zərb alətlərində Nicat Məsimov və Mehman Xalıqzadə müşayiət edəcəklər.

Tədbir saat 19:00-da başlayacaq.