adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 May 2019 14:42
27774
DÜNYA
A- A+

Ermənistan Ali Məhkəmə Şurasının sədri Qagik Arutyunyan istefaya gedib.

Ermənistan Ali Məhkəmə Şurasının sədri Qagik Arutyunyan istefaya gedib.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şuranın mətbuat katibi Arman Xaçatryan deyib.

Qeyd edək ki, bundan öncə Robert Köçəryanı azad etdiyinə görə Baş nazir Nikol Paşinyan xalqı məhkəmələrin girişlərini tutmağa səsləmişdi. Aksiyadan az sonra Paşinyan Arutyunyanla qapalı görüş keçirmişdi.

Ali Məhkəmə Şurası Serj Sərkisyan dönəmində yaranıb. Arutyunyan isə hazırkı vəzifəsinə məhz Sərkisyan tərəfindən gətirilib. Sərkisyan hakimiyyətdən getsə də, Arutyunyan onunla sıx bağlı olub.