adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 May 2019 14:10
7189
HADİSƏ
A- A+

Bakıda naməlum meyit tapılıb

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.