adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2019 12:57
9781
HADİSƏ
A- A+

DİN Yevlaxda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinmətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini Xudaverdi Şərifov idarə etdiyi "Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.

Nəticədə 2 sərnişin hadisə yerində ölüb, sürücü və 19 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərin vəziyyəti orta-ağırdır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.