adalet.az header logo
  • Bakı 12°C
24 May 2019 11:04
45537
MARAQLI
A- A+

Meymun bulvarda insanlara hücum etdi - Ölən və xəsarət alanlar var

Hindistanın Badnavar şəhərində 9 gün ərzində vəhşi meymun insanlara hücum edib.

Adalet.az-ın məlumatına görə, hücumlar şəhər bulvarının mərkəzi hissəsində qeydə alınıb.

Hücum nəticəsində meymunun dişlədiyi 60 yaşlı kişi ölüb, daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra şəhərdə meriyaya qarşı etiraz aksiyası başlayıb. İnsanlar şəhər merindən təhlükəsizliyə cavabdeh olmağı tələb ediblər.

Polis meymunun neytrallaşdıraraq heyvanlar üçün sığınacağa yerləşdirilməsinə nail olub.