8 ölkə “ASAN Xidmət”dən İSTİFADƏ EDƏCƏK
"2015-ci ildə BMT-yə üzv ölkələrin Dövlət Xidmətləri Forumunda dövlət xidmətlərinin çatdırılması kateqoriyası üzrə "ASAN Xidmət” konsepsiyası I yerə layiq görüldü və BMT-yə üzv olan bütün ölkələrə bu modelin tətbiqi tövsiyyə olundu. Bunun nəticəsidir ki, hazırda 8 ölkədə "ASAN Xidmət" modelinin implementasiyası ilə bağlı işlər gedir".
Bunu "MyGov" portalının təqdimatında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı beynəlxalq sazişlər imzalanıb və ciddi işlər gedir: "Gələn ay Bakıda BMT-nin növbəti Dövlət Xidmətləri Forumu keçiriləcək. Bu, dövlət agentliyinun təşkilatçılığı ilə baş tutacaq və BMT-nin Baş qərargahının Azərbaycanda keçirəcəyi ilk tədbirdir. Bu cür mötəbər tədbirin keçirilməsi üçün seçim zamanı bir sıra meyarlar nəzərə alınır. Onlar sırasında dövlət xidmətləri sahəsində görülən işlər və bu
xidmətlərin əlçatanlığı da var. Bütün bunlar dövlət başçısının gördüyü işləri BMT rəhbərliyinin yüksək qiymətləndirdiyini göstərir".(report)
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16