adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: BU BİR "İLKİN NAĞILI"

ƏBÜLFƏT MƏDƏTOĞLU
45259 | 2019-05-23 17:40

Masamınüstündəki kitabın üst qabığından mənə bir igid baxır. Və baxa-baxa da mənə eləbil ki, dünənini, bu gününü, sabahını danışır. Danışa-danışa da bir həyat hekayəsiyaradır. O hekayənin qəhrəmanı da özü olur... Ümid verən, qalib gələn qəhrəmanı...

Mən buİgidlə Naxçıvanda tanış olduğum anı xatırlayıram. Naxçıvanın tanınmış sözadamları, dəyərli yazıçı dostum Fərəc Həmzəyev, şair dostum Əbülfəz Ülvi iləbirlikdə ziyarət eləmişdik Şəhidlər Xiyabanında onu. Sonra da ailəsinə baş çəkmişdik.Barəsində danışılanları, eşitdiklırimi yaddaşıma köçürmüşdüm. Və bir də oradaöyrənmişdim ki, Qarabağ döyüşlərindən tanıdığım, keçmiş səngər dostum, indi təqaüddəolan Şülan Abışov da bu İgidlə birlikdə torpaqlarımızın müdafiəsində silahasarılanlardan və hətta onun ilk komandirlərindən biri olubdu...

Bəli,indi masamın üstündəki kitabı vərəqləyirəm. Həmin o xatirələr bir "İlkin nağılı”kimi sətirlənib bu kitabda. Oxuyuram...düşünürəm... xatırlayıram... Demək olar ki, heç nə unudulmayıb. Yalnız bir məqamdanbaşqa. O məqam da bu kitabın mənim tərəfimdən oxuculara gec təqdim edilməsidi.Ona görə də özümü bir az günahkar sayıram. Amma...

Barəsindədanışmaq istədiyim "Bir xatirə dəftərinə bənzəyir ömrüm” kitabı sənədlipovestdi. Respublika Xatirə Kitabı Redaksiyasının "Bakı-xəbər” redaksiyasınınbirgə layihəsi olan "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından növbəti kitabkimi oxucu ixtiyarına verilmiş sənədli povestin müəllifi Fəridə Rəhimlidi."Ədalət”in oxucularının imzasını tanıdığı Fəridə Rəhimli bu kitabını bir vətənsevdalısı, torpaq ağrısı yaşayan qələm adamı kimi araya-ərsəyə gətirib. Elə onagörə də kitabın girişində Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoruNəzakət Məmmədovanın da vurğuladığı "Vətənimizin bütövlüyü, bölünməzliyi müqəddəstorpaqlarımızın – doğma Qarabağımızın erməni işğalından” azad edilməsi uğrundaşəhid olmuş övladlarımızın keçdiyi şərəfli ömür yolunu əks etdirən bu kitablaronların xatirəsini yaşadan, ucaldan ən gözəl abidədir”.

Layihəninnövbəti kitabı olan "Bir xatirə dəftərinə bənzəyir ömrüm”də məhz Fəridə Rəhimlininşəhid qəhrəmanımız İlkin Mirnəzir oğlu Seyidovun adına bağışladığı abidədi. Özüdə həzin, ibrətamiz, həm də cəsarəti ifadə edən abidə! Mən bu kitabı əvvəlindənsonuna qədər bir nağıl kimi oxudum. İndi də vurğuladığım kimi eşitdiklərimi,bildiklərimi bu kitabda təzədən yaşadım. Xatırladım ki, həmin nağıl Naxçıvanınqədim və özünəməxsus təbiəti olan bir güşəsində öncə söz-söz, sonra cümlə-cümlədillərə düşüb. Yəni İlkinin doğum şəhadətnaməsində ünvan göstərilən yer əslindəonun nağılının başlanma nöqtəsidi. O, bütün Naxçıvanı əhatə edir, bütün Azərbaycanıözündə canlandırır. Çünki Naxçıvanın Daxili İşlər Nazirliyinin nəznindəkixüsusi təyinatlılardan ibarət dəstənin ən cəsur üzvlərindən olan İlkin Seyidovöz qəhrəmanlığı ilə təkcə öz adını deyil, öz nəslini deyil, həm də bütöv birxalqın min illikləri keçib gələn qəhrəmanlığını yenidən yaddaşlarda yaşamasına,tarix səhnəsinə qayıtmasına təkan vermişdi. Göstərmişdi ki, qəhrəmanlıq təkcə döyüşmək,gücünü, iradəni göstərmək deyil. Qəhrəmanlıq həm də AN məsələsidi. Həmin o Andasən özünü, gücünü, sevgini, əqidəni, nifrətini, bir sözlə, varlığını ortayaqoyub addım atırsan və qalib gəlirsən.Bu qalibiyyət möcüzəyə də çevrilir, dillərə də düşür, tarixə də köçür və nəhayət,sən xalqın ürəyində, xalq da öz kimliyiylə sənin ruhunda əbədiyaşarlıq qazanır.Bax, bu mənada "İlkin nağılı” bir cavan oğlanın, hələ toy mağarı qurulmamış, sevdiyi ünvana elçigetməmiş, çəkdiyi rəsmlərlə, yazdığı məktub və şeirlərlə, yaşadığı məhəllədə,oxuduğu məktəbdə öz cücərtilərini zaman-zaman böyütmək, yaşatmaq yolu tutmuşdu.Və o yolun da sonu Şəhidlik Zirvəsinə gedirdi. Doğrudur, övlad itirmək, şəhidatası, anası, doğması olmaq özündə iki məqamı ifadə edir – bir qüruru, bir dəiç dünyanın sızıltısını. Amma şükürlər olsun ki, o qürur hər şeyi üstələyir.Çünki oğul vətənin aipəridir. Və hər oğulun da bəxtinə qazi olmaq, şəhid olmaqdüşmür. Bax, Seyidovlar ailəsini, özü də Naxçıvanın ən inanclı ocaqlarındanbiri olan Seyid Mirnəzir ağanın ailəsinin İlkinkimi övlad böyütməsi onların taleyinə şəhid ünvanını da əlavə etdi. Bumüqəddəs ocaqda bir şəhidin də adı öz xeyir-duasının tapmış oldu.

Sənədlipovestin müəllifi Fəridə Rəhimli İlkinin atası, anası, qardaşı, həmçini döyüşdostları, müəllimləri, ümumiyyətlə, onu tanıyanların hər biriylə etdiyi söhbəti çox kövrəknotlarla qələmə ala bilib. Oxuduqca pafosdan uzaq bir nağılın sehrinə düşürsən.Kitabı maraqlı edən cəhətlərdən biri də burada Azərbaycanın və dünyanın dəyərlisöz adamının vətənlə, şəhidliklə, torpağa bağlılıqla bilgili fikirlərin yer almasıdı. Özü də həminfikirlər birbaşa İlkin Seyidovla əlaqələndirilir. Onun qəhrəmanlığının cizgilərini daha nurlu bir işıqda oxucuya göstərir.Xüsusilə xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadənin və Qabilin, böyük Şəhriyarın,eləcə də bu gün oxuculara bəlli olan digərtanınmış söz adamlarımızın misraları, fikirləri bu kitabı daha da oxunaqlıedibdi.

Sənədlipovestdə mənə öz dərin təsirini göstərən bir məqam da İlkin Seyidovun əl işləri,yəni çəkdiyi rəsmlər, yazdığı məktublar oldu. Eləcə də onun doğmaları, tələbəyoldaşları, dostları ilə çəkdirdiyi fotolar, bütün bunlar povestdə ayrıca birbölmə kimi təqdim olunubdu. Və nəhayət, bu kitabın bir qəhrəmanı da var. O daİlkinin adını daşıyan qardaşı oğlu İlkin Seyidzadədi. Həmin İlkin Seyidzadədiki, o, əmisi dünyadan köçən gün dünyaya gəlib və indi hərbi təhsil alir...

"İlkinnağılı”nın mənim həyatımda da bir izi var. Həmin iz bu kitabın ərsəyə gəlməsiüçün Naxçıvana etdiyimiz səfər zamanı görüşdüyüm insanlardan qaynaqlanır. Həmininsanlar İlkinin anası Rəhilə xanım, dayısı İlyas müəllim, müəllimləri TofiqSeyidov, Əmanət Musayeva, qardaşı Yalçın, gəlinləri Gülşən xanım və digərləridi.Bu gözəl, səmimi insanların münasibətlərinimən povestdə oxuyanda təkrar yaddaşımda təzələdim. Və şəhid İlkin Seyidovunruhu qarşısında baş əyməklə povestin müəllifinə də içimdən bir təşəkkür gəlibkeçdi.

Nəhayət,kitabın redaktoru, dəyərli qələm dostum Zülfüqar Şahsevənlinin və layihənin rəhbəriNəzakət Məmmədova ilə rəyçisi "Bakı-xəbər” qəzetinin baş redaktoru AydınQuliyevin birgə gerçəkləşdirdikləri bu işin bir nəticəsi kimi Fəridə Rəhimlininortaya qoyduğu "Bir xatirə dəftərinə bənzəyir ömrüm” heç zaman unudulmayacaqİlkin Seyidovun xatirə abidəsinə çevriləcəyinəinanıram. Çünki hamımız, elə kitabın müəllifi də bir həqiqəti dəqiqi bilir. O həqiqəti kitabınsonunda müəllif qeyd edib. "Ayrılarkən bir daha İlkinə baş çəkdim... Xudahafizləşməküçün... və ona pıçıldadım ki, rahat yat, tezliklə sənə qələbə müjdəsini gətirəcəm...Mən gətirə bilməsəm də, kimsə gətirəcək, arxayın ol!..”.


TƏQVİM / ARXİV