adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 May 2019 16:49
7930
GÜNDƏM
A- A+

Azərbaycanda ötən il müdafiə üçün xərclənən vəsaitin MƏBLƏĞİ məlum olub

Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün xərclənən vəsaitin məbləği məlum olub.

Trend-in məlumatına görə, bununla bağlı məsələ "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, 2018-ci ildə müdafiə üçün ümumilikdə 2 milyard 842 milyon manat xərclənib.

Bu məbləğin 1.305 milyard manatı müdafiə qüvvələri, 151.621 milyon manatı milli təhlükəsizlik, 2.613 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1.383 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf edilib.

Dövlət büdcəsindən, həmçinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq oqranlarına 1.316 milyard manat xərclənib.

Qanun layihəsi Milli Məclisin mayın 30 və 31-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.