adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2019 12:06
24046
KRİMİNAL
A- A+

Bakıda evdən 130 min dollar, 10 min avro və 40 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb.

Adalet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş.Qurbanov küçəsi ev 159 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1985-ci il təvəllüdlü Məcid Akif oğlu Hacıyev Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 130 min dollar, 10 min avro və 40 min manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.