Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Hicran Hüseynova qızqaçırmadan danışdı: “Mübarizə aparmalıyıq...” Adalet.az | Hicran Hüseynova qızqaçırmadan danışdı: “Mübarizə aparmalıyıq...” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Hicran Hüseynova qızqaçırmadan danışdı: “Mübarizə aparmalıyıq...”

3707    |   2019-05-23 10:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qadınlara qarşı zorakılığın iqtisadi dəyəri ÜDM-də 2 faiz yaxındır, başqa sözlə 1,5 trilyon dollar deməkdir. Bu isə Kanadanın iqtisadiyyatına bərabərdir”.


Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.


H.Hüseynova qeyd edib ki, bir çox ölkələrdə zorakılığın xərcləri ölkənin təhsil xərcləri ilə eynidir və hətta onu geridə qoyur:


"Qadınlara qarşı zorakılıq böyük xərclər doğurur. Qadına qarşı zorakılığın olması yoxsulluğun qarşısının alınmasına mane olur, məşğulluğun, məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir. Qadına hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır. Məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması istiqamətində müvafiq dövlət orqanları,vətəndaş cəmiyyətləri, beynəlxalq qurumlarla birgə layihələr həyata keçirilir. Bu sahədə qanunvericilik daim təkmilləşir, sosial proqramlar həyata keçirilir”.


Komitə sədri qadınlara qarşı zorakılığın tam şəkildə aradan qaldırılmasının vacibliyini vurğulayıb:


"Qızqaçırma kimi milli adət-ənənə zorakılıq kimi qəbul etmirlər. Mübarizə aparmalıyıq ki, insanların buna münasibəti dəyişsin. Bunun üçün maarifləndirməyə və araşdırmaya böyük ehtiyacımız var. Bu gün qadınlara qarşı zorakılığın doğurduğu iqtisadi xərcləri tam əhatə olunmayıb".


H.Hüseynova qeyd edib ki, qadınlara qarşı zorakılıq şəxsi ailə məsələsi kimi qəbul edilə bilməz, onun fəsadları cəmiyyətdə hər kəsə təsir edir:


"Zorakılıqdan əziyyət çəkəndə onun təsirlərini aradan qaldırmaq üçün xərcləri də özləri qarşılayırlar. Qadınlara qarşı zorakılığın mühüm nəsillər arası fəsadları da var ki, bura uşaqların təhsil göstəricilərini aşağı olması, zorakılığa məruz qalma, boşanma səviyyəsinin artması, ailələrin dağılması, qeyri stabil yaşayış yeri və digər təsirləri daxildir. Azərbaycan iqtisadi baxımdan daim inkişaf edən ölkədir. İstərdik ki, kişilərlə say baxımından bu gün bərabər olan qadınlarımız hər zaman bu inkişafda fəal olsunlar, bərabərhüquqlu şəxsiyyət kimi inkişaf etsinlər”.(modern.az)




İmza:

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

Bakıda külək güclənir - Hazırki vəziyyət açıqlandı

Fuad Qəhrəmanlının ailə zorakılığı fotofaktlarla yayıldı - FOTO

Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Nazir: Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Polis rəisi narkotikin zərərlərindən danışdı

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK