adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 May 2019 10:23
11697
HADİSƏ
A- A+

Yevlaxda tələbələri aparan mikroavtobus qəzaya düşdü - 2 ölü, 22 yaralı - YENİLƏNİB

Yevlaxda baş verən yol qəzasında 22nəfər xəsarət alıb.

Adalet.az ONA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfərhadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin hər ikisi qadındır. Onlar - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadəvə Səadət Məzahir qızıMusayevadır.

Yaralılardan 19 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.

***
Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb.

Adalet.az ONA-ya istinadən xəbər verir ki, Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırıldığı məlumdur.