adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 May 2019 10:21
23328
KRİMİNAL
A- A+

20 cinayətin üstü “isti izlər”lə açıldı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, mayın 22-dən 23-dəkdaxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş20cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış6cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə17nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə1nəfər, borclu şəxs qismində axtarışda olan5nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli14fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən33nəfər saxlanılıb.