adalet.az header logo
  • Bakı 20°C
22 May 2019 18:00
16874
SİYASƏT
A- A+

Rusiya XİN: Zelenski böyük səhv etdi

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin bəyanatına cavab gəlib.

Trend-in məlumatına görə, XİN nümayəndəsi Mariya Zaxarova ukraynalı liderib böyük səhv etdiyini deyib.

Qeyd edək ki, ötən gün keçirilən andiçmə mərasimində V.Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. Zelenskinin Vaşinqtona etdiyi müraciət Rusiyanın ukraynalı dənizçilərin sərbəst buraxılması üzrə danışıqlar prosesinə razılaşmaması ilə əlaqədardır.

M.Zaxarovanın sözlərinə görə, Ukrayna tərəfinin saxlanılan dənizçilərlə bağlı istənilən müraciəti nəticə verməyəcək və bu, Rusiyanın qərarını dəyişmir.