adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 May 2019 17:32
7534
MƏMLƏKƏT
A- A+

İsmayıllıda iki uşağı it dişlədi

İsmayıllıda iki azyaşlını it dişləyib.

Rayonun Xanagah kəndində yaşayan 2014-cü il təvəllüdlü Ələkbərov Əli Rafael oğlu qonşunun itinin hücumuna məruz qalıb. İt uşağın çanaq nahiyyəsini, əl və ayağını dişləyib. Azyaşlı xəstəxanaya çatdırılıb, əməliyyat olunub.

Rayonun Xankəndi kəndində yaşayan 2015-ci il təvəllüdlü Adıgözəlova Aylin Murad qızı isə həyətdə oynayarkən sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşaq qol və baş nahiyyəsindən xəsarət alıb.

Hər iki uşaq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (ONA)