adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Vladimir Zelenskiyə açıq məktub - Ulucay Akif yazır

6300 | 2019-05-22 15:55

Məmurözbaşınalığının artdığı bir vaxtda adam düşünür ki, görəsən bütün bu hallarınqarşısını necə almaq olar? Necə edək ki, canımız qurtulsun bütün buiztirablardan? Axı nəvaxta kimi bu ömrü özünü Allah zənn edən məmurların boyunduruğu altındayaşayacağıq?

Allahçarəsizliyə lənət eləsin! Görəndə ki, ağlına real bir variant gəlmir, istər-istəməztəxəyyülünü də işə salırsan. Keçid alırsan xülyalar aləminə, amma bu da çox çəkmir...

Elə bucür xülyalardan biri də Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin çıxışıoldu.

VladimirZelenskinin bu yaxınlarda etdiyi yeni çıxışını dinlədim. O, ölkəsinin məmurlarına,vəzifə adamlarına bu cür səsləndi:

"Xahişedirəm ki, kabinetlərinizdən mənim şəkillərimi, portretlərimi asmayın, çünkiprezident büt deyil, prezident portret deyil. Ondansa otağınızdanövladlarınızın şəkillərini asın və hər dəfə qərar verəndə onların gözlərinəbaxın.”

Zelenskininbu çıxışını eşidəndə düşündüm ki, elə bizim məmurlar da bu cür etməlidirlər.Lakin qulağa xoş gələn bu fikir beynimdə üç saniyədən çox var-gəl edib möhkəmlənəbilmədi.

Biranlıq bizim məmurların da otaqlarından övladlarının şəklini asdığını təsəvvüretdim və dəhşətə gəldim. Başa düşdüm ki, əsl faciə elə bundan sonra başlayar, ozaman hər şey daha pis olar.

Bizim məmurlartəkcə övladlarının rəsimlərini otaqlarından asmaqla kifayətlənməz, nəvələrinin,nəticələrinin şəkillərini də otaqlarından asarlar. Sonra başlayarlar hamısıüçün "çalışmağa”.

Vay ogündən ki, məmurlarımız övladlarının şəkillərinin yanından katibələrinin də şəkliniasalar. Gör onda bu məmurların qarşısını ala bilirsən?!

VladimirZelenskidən xahiş etmək lazımdır ki, bizim məmurlar üçün də alternativ variantdüşünsün, bu üsul bizə heç sərf eləməz!

 

  Ulucay Akif 

TƏQVİM / ARXİV