viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Şimali Koreyanın öz dünyası var! Adalet.az | Şimali Koreyanın öz dünyası var! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Şimali Koreyanın öz dünyası var!

9756    |   2019-05-22 15:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koreya Xalq Demokratik Respublikası haqqında adi qərb vətəndaşında, biz də daxil olmaqla çox az məlumat var. Məlum olanlar əsasən nüvə silahı, hay-küylü paradlar, təcrid olunmuş cəmiyyət və ölkə əhalisinin yoxsulluğudur. Amma bəzi faktlar o qədər qeyri-adidir ki, onlara inanmaq ümumiyyətlə çətindir.

Adalet.az həmin faktları sizə təqdim edir.









Prezidentin seks kölələri və raketlə paramparça edilən hamilə qızlar


Bir neçə gün öncə yeni yaranmış qalmaqal dünya mətbuatının gündəmini zəbt edib. Ölkənin lideri Kim Çen Inın gözəl qızları seks köləsi kimi yanında saxladığı bildirilir. Bu barədə Cənubi Koreyaya qaçan və adını dəyişərək Hi Yeon Lim qoyan bir şimali koreyalı xanım məlumat verib. O, jurnalistlərə açıqlamasında ölkəsindəki anormallıqlardan danışıb. Vaxtilə Şimali Koreya ordusunda xidmət etmiş bir polkovnikin qızı olan Lim məhz üzləşdiyi zülmlərdən canını qurtarmaq üçün Cənubi Koreyaya sığınıb. Atası vəfat edən 26 yaşlı qız bildirib ki, İnın seks köləsi kimi saxladığı gözəl qızlardan hansısa hamilə qalan kimi, onları zenit raketilə paramparça edir.


Koreya Xalq Demokratik Respublikası - dünyanın ən hərbləşdirilmiş ölkəsi


Qonşu kapitalist Koreyası ilə çoxillik qarşıdurma Koreya Xalq Demokratik Respublikasını totalitar hərbləşdirilmiş dövlətə çevirdi. Güc strukturlarının əməkdaşları da daxil olmaqla, əgər bütün hərbi qulluqçuları hesaba alsaq, o zaman Şimali Koreya ən hərbləşdirilmiş ölkə kimi dünyada əminliklə birinci yeri tutur. Burada hər üçüncü şəxs uniforma daşıyır. Cinsindən asılı olmayaraq hamı xidmət keçir: kişilər 10 illik çağırılırlar, qadınlar isə 5 illik.

İki Koreya arasındakı odlu müharibənin dayandırılmasından 60 ildən çox vaxt keçməsinə baxmayaraq, Şimal və Cənub arasında sərhəd indiyə qədər "partlayış təhlükəsi olan" ərazi sayılır. Burada o qədər böyük hərbi güc cəmlənib ki, 238 kilometrlik sərhəd zolağı planetdə ən hərbləşdirilmiş ərazi sayılır.


Dünyanın ən böyük stadionu Şimali Koreyadadır


Pxenyanda (KXDR-in paytaxtı) dünyada ən böyük stadion yerləşir. 150 min tamaşaçı tutumuna malik olan bu möhtəşəm tikilini süni doldurulmuş adada ucaldıblar. "1 may” adlandırılan stadion futbol oyunlarından əlavə, bayramlar, partiya rəhbərinin xalqla görüşü və 10 minlərlə artistin iştirak etdiyi mötəbər tədbirlərə ev sahibliyi edir.

KXDR-də elektrik enerjisinə qənaət edə bilirlər


Enerji resurslarlarının az olması və zəif iqtisadiyyat ona gətirib çıxardı ki, Şimali Koreyada elektrik enerjisi çox az istehsal edilir. Kosmosdan çəkilən gecə şəkillərindən görünür ki, qonşu Çin və Cənubi Koreya ilə müqayisədə ölkə hər gün qaranlığa qərq olur. Rəsmi təbliğat diktə edir ki, insanlara çox elektrik lazım deyil, axı gecələr yatmaq lazımdır... Daimi işıqlandırma yalnız paytaxtda olur, başqa şəhərlərdə isə işığı vaxtaşırı qoşurlar.

Avtomobili yalnız seçilmişlər ala bilər


Hələ 1950-ci illərdə Şimali Koreyada avtomobillər istehsal olunurdu. Əvvəlcə bunlar, sovet modellərinin lisenziyalı surətləri idi, sonradan burada "Fiat”, "Mercedes-Benz”, "Toyota”nın şəxsi versiyalarını yığmağa başladılar. Ölkədə maşınlar həddindən artıq azdır. Hazırda idxal faktiki olaraq yoxdur və "Pyeonghwa Motors” avtoistehsalçısı il ərzində ancaq bir neçə min avtomobil istehsal edir.

Avtomobilləri özlərinə yalnız ən yüksək dövlət məmurları və hərbi rütbəli şəxslər rəva bilə bilərlər. Nəticə etibarı ilə, böyük şəhərlərdə hətta istənilən geniş prospektləri sola və sağa baxmadan keçmək olar.

Şimali Koreya - mükəmməl mənzərələrin ölkəsidir


Bütün neqativlərə baxmayaraq, təbiət bu ölkəni əsrarəngiz gözəllliklərlə mükafatlandırıb. Şimali Koreyada havanın təmiz olması və ekologiyanın təbii qalması həm də sənayenin zəif inkişafı ilə əlaqədardır.


Şimali Koreyada saç düzümlərinin yalnız müəyyən edilmiş növlərinə icazə verilib


Müasir modapərəstlər Şimali Koreyada istənilən bərbərxanaya baş çəksələr çox təəccüblənərdilər. Divarda sifariş edilməsi mümkün olan saç fasonlarının şəkilləri asılır. Bu hal ustaların bacarıqsızlığı ilə əlaqəli deyil, ölkə rəhbərliyi saç düzümlərinin seçimini məhdudlaşdırıb. Kişilər üçün yalnız 10 variant əlçatandır, qadınlar üçün isə 18.

Göy cins şalvarlar geyinmək qadağandır


Çuçxe - yerli kommunist ideologiyası qərb kapitalizmi ilə dabandabana ziddir. Bir sıra adi predmetlərə qadağalar daxil edilib, məsələn, cins şalvarlara. Koreyada onları tapmaq demək olar ki, mümkün deyil. Əgər kimsə bu qadağanı pozarsa, o zaman həmin şəxs əmək düşərgəsinə sürgün edilə bilər.


Şimali Koreyanın özünəməxsus əmək düşərgələri var

İstənilən dövlətdə olduğu kimi, Şimali Koreyada da cəza sistemləri mövcuddur. Lakin cəza metodlarının unikallığı odur ki, insanları kiçik səhvlərinə görə əmək düşərgələrinə göndərirlər. Burada onları ağır iş və kasad qidalanma gözləyir. Bura düşmək üçün uğursuz zarafat etmək, yaxud yuxarıda qeyd etdiyimiz kimi sadəcə cins geyinmək kifayətdir.


İmza:Eminquey
SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK