viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Xarici dil hamı üçün! Adalet.az | Xarici dil hamı üçün! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Xarici dil hamı üçün!

ADU-da yaradılmış Dil və Tərcümə Xidmətləri Mərkəzi gənclərə sərhədsiz təhsil xidməti təqdim edir

11481    |   2019-05-22 14:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müasir cəmiyyətlərin həyatında bir çox problemlər dünya qloballaşma prosesləri ilə sıx əlaqəlidir.Qloballaşma əhalini, ələlxüsus da gəncləri bəzən uzaq ölkələrdə yaşayan öz həmyaşıdları ilə rəqabət aparmağa məcbur edir.Hər gün daha da çox gənclər artıqerkənyaşlarından öz akademik nailiyyətlərini nümayiş etdirmək ehtiyacı duyurlar. Vaxtında lazımi bacarıq və digərlərinin üzərində rəqabət üstünlüyü ala bilməyən gənclər onların valideynlərinin mövqeyindən və ya dövlət dəstəyi sistemindən asılı olmayaraq əmək bazarında layiqli yer axtarışı zamanı çətinliklərlə rastlaşırlar. Bu isə bizim gənc nəsil nümayəndələri qarşısında mülki öhdəliklərinin yerinə yetirilməsini və onun qurbanı olmaq riskinə məruz qalanlara dəstək zəmanətini təmin etmək üçün nəzərdə tutulan gənclər siyasətimiz qarşısına yeni tələblər çıxarır.

Bəzi ölkələr gənc nəsillərə əhəmiyyətli vəsaitlər investisiya etmək imkanına malikdirlər, bəziləri isə bunu etmək durumunda deyillər.Şükürlər olsun ki, Azərbaycanda dürüst gənclər siyasəti yürüdülür. Dövlətimiz istedadlı gənclərin təhsilə, elmə yiyələnməsi, dünyaya inteqrasiyası üçün lazımi şərait yaradır. Bu siyasətin həyata keçirilməsində isə əlbəttə ki, təhsil müəssisələri, xüsusən də xarici dillərdə peşə-ixtisas təlimi verən ali təhsil müəssisələri mühüm rol oynayır. Azərbaycan Dillər Universitetinin bu müstəvidə gördüyü işlər isə həmişə xüsusi qeyd olunur. Çünki hansı məziyyətlərə, qabiliyyətlərə malik olmağından asılı olmayaraq, dil öyrənmədən, həm də akademik səviyyədə bilmədən dünyaya çıxmaq, obrazlı ifadə etsək, əlində məşəl daşıyan korun səyahəti kimidir.

Son dövrlərdə ADU-nun rektoru akademik Kamal Abdullayevin təşəbbüsüilə ADU-da bir-birindən maraqlı və önəmli layihələr reallaşdırılmisdir. Müəllimlərinin müxtəlif ixtisasartırma kurslarına göndərilməsi, uzun müddət universitetdə fəaliyyət göstərmiş təcrübəli professor və dossentlərin məsləhətçi kimi yenidən işə cəlb edilməsi, adlı təqaüdlərin təsis olunması, universitetin görkəmli şəxsiyyətlərinin adına auditoriyaların, universitetdə müxtəlif adda elmi mərkəz və laboratoriyaların yaradılması və s. məsələlər qısa bir zaman müddətində həyata keçirdiyi ilklərdəndir. Eyni zamanda ADU-da heyata kecirilmis muhum yenilikler arasinda mehz rektorun təşəbbüsü ile yaradilmis elmi-tetqiqat mərkəzlərini de numune gostermek olar. Bu Mərkəzlər arasinda 3 oktyabr 2018-ci il tarixdə yaradılmış Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi yalniz universitetin tələbələrinin deyil, ölkəmizin bütün gənclərinin akademik dərəcədə xarici dili öyrənmələrinə köməklik göstərir.

Mərkəzin önəmli məqsədləri ADU-nun dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq, universitetin professor-müəllim heyətinin, tələbələrin bilik və bacarıqlarının artırılması,eyni zamanda onların dil biliklərinin daha da gücləndirilməsi üçün universitetin digər strukturları ilə birgə çalışmaq, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında hamı üçün əlçatan olan informasiya cəmiyyətinin qurulmasına öz töhfəsini verməkdir.

Mərkəz ADU-nun elmi və tədris potensialından daha səmərəli istifadə edilməsi, cəmiyyətdə mövcud təhsil və dil xidmətlərinə olan tələbatın yüksək peşəkarlıq səviyyəsində ödənilməsinin təmin edilməsi üçün,o cümlədən beynəlxalq sertifikatların alınmasına hazırlıq məqsədi ilə,habeləmüvafiq təşkilatlarla müqavilələr bağlamaq və əhalinin müxtəlif təbəqələrinə dil xidmətləri göstərmək, xüsusilə də gənclərin dünya mədəniyyətinə inteqrasiyasına yardımçı olmaq, onlara elektron informasiya mənbələri ilə iş vərdişləri aşılamaq, repetitor xidmətlərini təklif edir, vətəndaşların xarici dillər üzrə bilik səviyyəsini müəyyənləşdirən beynəlxalq qurumların keçirdiyi sınaqlara hazırlıq məqsədi ilə qruplar təşkil edir, həmin sınaqların keçirilməsində beynəlxalq qurumlarla tərəfdaşlıq münasibətləri qurur.Orta, orta-ixtisas və ali təhsil müəssisələri tələbələri və şagirdləri üçün dünya mədəniyyətinə aid müxtəlif tədbirlərin keçirilməsini təşkil edir.Beynəlxalq sertifikat imtahanlarını təşkil edir və digər "online” sınaqlarını həyata keçirir.

Qeyd etdiyim kimi, yalnız universitetin tələbələri üçün deyil, bütün publikaya açıq olan Dil və Tərcümə Xidmətləri Mərkəzinin magistratura hazırlığı; dövlət qulluğuna hazırlıq;ingilis, alman, fransız, rus,ərəb,italyan,ispan və s.xarici dillərin tədrisi, elmi məqalələrinvə böyük həcmli əsərlərin tərcüməsi xidməti;Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları vəbaşqa xarici ölkələrdə dil kursları;Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya, Polşa, İspaniya vədigər xarici ölkələrdə təhsil; müəllimlik peşəsinə başlayanlar üçün akademik yazı və oxu, TKT, Pre –CELTA, CİSELT və s. təlimlər; məktəblilər üçün ingilis və rus dili hazırlıqları; TOEFL, İELTS, SAT, GMAT, GRE beynəlxalq sertifikat imtahanlarına hazırlıqkimi fəaliyyət istiqamətləri vardır.

ADU-nun Dil və Tərcümə Xidmətləri vasitəsilə gənclərə ABŞ-da, Avropada, ümumiyyətlə, dünyanın elmi və təhsili inkişaf etmiş müxtəlif ölkələrinin demək olar 90 faizində istər bakalavr, istər magistr səviyyəsində təhsil almaq, tələbə təqaüdlərindən faydalanmaq imkanları yaradılır. Mərkəzdə vaxtaşırı olaraq, qabaqcıl ölkələrdə təhsil imkanları ilə tanışlıq məqsədilə təqdimatlar keçirilir. Ailələrinin maddi vəziyyəti yaxşı olmayan tələbələrə belə xaricdə təhsil üçün dünya reytinqində ilk 100-150-ci yerlərdə olan universitetlərdəı bütün ixtisaslar üzrə təqaüdlü təhsil imkanları yaradılır. Xaricə göndərdiyimiz tələbələr Kamal müəllimin tövsiyələrinə uyğun olaraq, getdikləri ölkələrdə "Azərbaycanın dostları" klubu yaradır və Azərbaycan mədəniyyətinin, Azərbaycan multikulturalizminin düzgün təbliğatını aparırlar.

ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzində təlimlərdə iştirak edən müəllimlər peşəkarlıq sahəsində biliklərini artırırlar. Sonda onlara şəxsən rektor Kamal Abdullayevin özü tərəfindənsertifikatlar verilir ki, bu da onlara iş həyatında geniş yollar açır.Təlimlər tədris ili boyunca davam edir və müəllimlər kursa qatılmaq vaxtını özləri seçib müraciət edirlər. İndiyə qədər 500-ə yaxınmüəllim bizim təlimlərdə iştirak etmiş və rəsmi olaraq beynəlxalq sertifikatlarla təltif olunmuşlar.Təlimlər beynəlxalq səviyyəli olduğu üçün bütün dünya məktəblərində dərs deyən ingilis dili müəllimləri, eyni zamanda digər fənnləri tədris edən məktəb müəllimləri, geniş miqyaslı dil proqramlarının, o cümlədən kommersiya xarakterli proqramların ingilis dili müəllimləri, universitet tələbələri və təhsil sahəsində çalışan digər mütəxəssislərüçün açıqdır.

İxtisasartırma kursları müəllimlərin təlim ehtiyacları öyrənilməklə təşkil edilir, tədris proqramları təklif və tələblər üzərində qurulur.

ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin başda direktor Fialə xanım Abdullayeva olmaqla bütün əməkdaşları da Kamal müəllimin onlara göstərdiyi etimadı doğrultmaq, üzərlərinə götürdükləri bu missiyanı ləyaqətlə yerinə yetirmək üçün əllərindən gələni əsirgəmirlər.


Orxan Həsənov,

ADU-nunDil və Tərcümə Xidmətləri Mərkəzinin direktor müavini



İmza:

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq

Valideynlərin “təriqət məktəbi” üsyanı

Görəsən, təhsilə biz nə qədər xərcləyirik? - SİYAHI

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib

61 məktəbə yeni direktor təyin olunub

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Prezident təqaüdü alacaq tələbələr bu universitetləri seçib - SİYAHI

UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək

SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK