adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 May 2019 11:44
7626
HADİSƏ
A- A+

Bakıda daha bir gənc intihar etdi

Bakıda növbəti intihar faktı qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, hadisə dünən saat 18:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

Belə ki, Moskva prospekti 3007-ci məhəllədə 2002-ci il təvəllüdlü S.Q. özünü yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən ataraq intihar edib. 

Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Yaxınları onun intihar etmədiyini, itələndiyini iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.