adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 May 2019 18:02
26723
DÜNYA
A- A+

Dəniz səviyyəsi sürətlə qalxır - Yüz milyonlarla insan yurdundan olacaq

Alimlər Qrenlandiya və Antarktidada buzların sürətlə əriməsi nəticəsindəqlobal dəniz səviyyələrinin gözlənildiyindən daha çox qalxacağını ehtimal edir.

Bu barədə BBCməlumat verir.

Buna qədər alimlər planetin dənizlərində susəviyyəsinin 2100-cü ilə qədər maksimum birmetr artacağını proqnozlaşdırırdı.

Ancaq yeni elmi tədqiqatnəticəsində məlum olub ki, həmin müddətə qədər bu göstərici iki dəfə çox ola bilər.

Alimlərin hesablamalarına görə, bu, yüz milyonlarla insanıyaşadığı yerlərdən köçmək məcburiyyətində qoyacaq.