Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb. Onun vəkili Elman Paşayev mediaya açıqlamasında bildirib ki, F.Abbasovu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər. Üstəlik, vəkilin sözlərinə görə, küçədə hüquq-mühafizə orqanı əməkdaşlarından ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib:
Fuad Abbasovun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir.
"Ona görə də mütləq nəzərə alınmalıdır ki , azərbaycanlılar bu münasibətə layiq deyillər və belə məsələlərə son qoymaq lazımdır. Ölkəmizdə Rusiyaya münasibət necədirsə, Rusiyada da bizə qarşı münasibət elə olmalıdır. Yaranmış vəziyyətdə nə etməliyik sualına gəldikdə isə biz bütün rəsmi və qeyri rəsmi resurslarımızı səfərbər edərək, Fuad Abbasovun yanında olmalı ona qarşı verilmiş bu ədalətsiz hökmün ləğv edilməsinə çalışmalıyıq. Çünki bu qərar təkcə Fuad Abbasovla bağlı məsələ deyil. Bir nümunə kimi digər azərbaycanlıların da ictimai fəal hərəkətlərinin məhdudlaşdırılması, onların özünümüdafiə haqqlarından çəkindirməyə hesablanıb. Ancaq heç kəs düşünməsin ki, Azərbaycanın belə hərəkətlərə qarşı adekvat addımlar atmaq imkanı yoxdur. Belə imkanlar var və biz yeri gəldikdə ondan mütləq istifadə etməliyik. Heç də hadisəni elə yozmaq lazım deyil ki, guya, kimsə qəsdən belə addımlarla Rusiya - Azərbaycan münasibətlərini pozmağa çalışır. Unutmaq lazım deyil ki, münasibətlərin pozulması hər iki tərəfin maraqlarına uyğun deyil. Bu münasibətləri qarşlıqlı hörmət əsasında qorumaq lazımdır”.
"Fuad Abbasovla qeyri-insani rəftar edilməsi vəhşilikdir. O bir millətini sevən, intellekual jurnalistdir. XİN buna münasibət bildirməlidir. Azərbaycan vətəndaşını nə cinayət edib ki, onu vəhşicəsinə cəzalandırırlar? Üstəlik bunu videoya çəkirlər, sosial şəbəkələrdə yayırlar. Hadisəyə ciddi reaksiya vermək vacibdir.
Onun deportasiyası haqqında bir söz deyə bilmərəm. Hüquqi qaydada məsələ araşdırılmalı, qiymət verilməlidir. Amma bir Azərbaycan vətəndaşı ilə bu cür davranılması qəbul edilməzdir”.