viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Kosmosda ağlasanız belə, gözünüzdən yaş axmayacaq - MARAQLI FAKTLAR Adalet.az | Kosmosda ağlasanız belə, gözünüzdən yaş axmayacaq - MARAQLI FAKTLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Kosmosda ağlasanız belə, gözünüzdən yaş axmayacaq - MARAQLI FAKTLAR

9827    |   2019-05-21 14:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az bir çoxlarının bilmədiyi maraqlı faktları oxucularının diqqətinə çatdırır.












Saat istiqamətində hərəkət edən yeganə planet

Günəş sistemində saat istiqamətində fırlanan yeganə planet Veneradır.

"Google”un ilk adı

Bu gün, demək olar ki, həyatımızın bütün sahələrində yer alan internet nəhəngi "Google”un ilk adı "BackRub” olub. Müəlliflər Lerri Peyc və Sergey Brin 15 iyul 1997-ci ildə platformanın adını "Google” edib və bu formada rəsmi qeydiyyatdan keçiriblər.

Dünyada ən çox cinayət törədilən ölkə

Bu statusun sahibi Vatikandır. 2017-ci ildə ölkədə yaşayan əhalinin sayı 1000 olub. Vatikanda hər il təxminən 600 cinayət faktı qeydə alınır.

Ən çox film çəkilən ölkə

Dünyada hər il ən çox film çəkilən ölkə, bilinənin əksinə, ABŞ deyil, Nigeriyadır. Ölkədə film sektoruna "Nollywood” adı verilib. Nigeriyada hər həftə, ortalama olaraq, 50 film çəkilir.

Günəş qara dəliyə çevriləcəkmi?

Sadəcə müəyyən bir çəkiyə malik ulduzlar qara dəliyə çevrilə bilər. Günəş isə teorik olaraq qara dəliyə çevriləcək ölçüdə deyil. Elm adamlarının fikrincə, Günəş bundan sonra hələ 5 milyard il də Yer planetini və Günəş sistemini isitmə vəzifəsini daşıyacaq.

Ən çox pramidanın olduğu ölkə

Bir çox insan dünyada ən çox piramidanın tikildiyi ölkənin Misir olduğunu zənn edir. Lakin ən çox piramidaya ev sahibliyi edən ölkə Sudandır. Bu ölkədə 220 ədəd piramida var.

3 ürəyi, 9 beyni olan heyvan

Səkkizayaqlı ilbizin səkkiz ayağı olduğu kimi, 3 ürəyi və 9 beyni var.

Ən isti planet

Günəş sisteminin ən isti planeti Veneradır. Bu planetin səthində havanln temperaturu 450 dərəcədir.

Zebraların zolaqları hansı işə yarayır?

Təxminən 150 ildir ki, maraq doğuran bu suala Bristol Universitetində cavab tapılıb. Araşdırmaya görə, zebraların zolaqları ölümcül xəstəliklər daşıyan at milçəklərindən qorunmaq üçün işə yarayır.

Təyyarələrin uçuşundan sonra arxasında buraxdığı izlər

Səmaya baxdıqda təyyarələr uçduqdan sonra arxasında ağ rəngdə iz buraxdığını görə bilərsiniz. Bu izlərin yaranma səbəbi təyyarə motorlarında sıxılan qazların yüksək istilik ilə havaya buraxılmasıdır. Bu qazlar atmosferdə soyuq hava ilə təmasa keçəndə bərkiyir və buz kristallarına çevrilir.

Kosmosda ağlamaq mümkündür?

İnsan olduğu hər məkanda ağlaya bilər. Bunun mümkünsüz olduğu tək məkan isə kosmosdur. Kosmosda ağlasanız belə, gözünüzdən yaş axmayacaq.

Yerlə Marsda çəki fərqi

Yerdə qravitasiya qüvvəsinin sayəsində 90 kq çəkiyə malik olan bir insan Marsda sadəcə 35 kilo olacaq.

Təyyarədəki yeməklərin dadı niyə fərqli olur?

Təyyarədə səyahət edərkən hər gün yediyiniz yeməklərdən belə sifariş etsəniz, həminki dadı hiss etməyəcəksiniz. Bunun olduqca qəribə səbəbi var. Oksford Universitetinin professoru Çarlz Speynsə görə, havada nəmin azlığı və təzyiqin aşağı olması yeməklərin dadında fərq yaradır.

Qara dəliklər niyə kosmosu udmur?

Elm adamlarının gəldiyi qənaətə görə, qara dəliklər kainatın tərsinə, yəni içə doğru genişləyirlər. Genişləndikcə də böyüyürlər. Bunun sirri hələ də tapılmayıb. Kainatın müxtəlif tarazlığı və kosmos-zamanın bükülməsi ehtimalı nəzərə alındıqda, qara dəliklərin aşağıya doğru genişləndiyi ehtimalı var. Buna görə də qara dəliklərin kainatı udmaq ehtimalının olmadığı düşünülür.

Marsda neçə yaşınız olardı?

Əgər Yer kürəsində 15 yaşınız varsa, Marsda yaşasaydınız, bu rəqəm 8 olacaqdı. Çünki Marsda 1 il 686,9 günə bərabərdir.

Oksigen nə rəngdədir?

Oksigen qaz halında olan qoxusuz və rəngsiz maddədir. Lakin maye və bərk hala keçdikdə mavi rəngdə görünür.


Tərcümə Eminquey



İmza:Eminquey
SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK