ANA SƏHİFƏ / MƏMLƏKƏT

Aqil ABBAS: ONDA GƏRƏK NƏRİMAN NƏRİMANOVUN DA HEYKƏLİNİ UÇURAQ

8563    |   2019-05-25 10:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə vaxtdı mətbuatda, eləcə də sosial şəbəkələrdə Ayna Sultanovanın abidəsinin götürülməsi müzakirə olunur. Və çoxluğun da Azərbaycan Sovet Respublikasının ilk ədliyyə naziri olmuş bu xanıma münasibəti çox aqressivdi. Rusiya qoşunları Azərbaycanı işğal elədi. Təbii ki, hələ oturuşmamış gənc bir Demokratik Respublika qudurmuş ordunun qarşısında duruş gətirə bilməzdi. ADR Azərbaycanın sərhədlərini müəyyənləşdirdi. Ən böyük nailiyyətlərindən biri də bu idi. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Moskva həmin sərhədləri tanımaq məcburiyyətində qaldı. Azərbaycanın görkəmli oğlu Nəriman Nərimanovun bu məsələdə fəaliyyəti də danılmazdır. Hərçənd ki, Nərimanova da münasibət birmənalı deyil. İndi bu yeni qurulmuş respublikanı özümüz idarə etməliydik də. Hamı çəkilib duraydı bir kənara, hakimiyyəti verəydilər bolşeviklərə, ermənilərə və nə bilim, hansısa kərtənkələlərə?

Qadınların çarşabda gəzdiyi bir vaxtda Ayna Sultanova kimi bir ictimai xadimin ortaya çıxması və respublikanın ədliyyə naziri təyin olunmasına niyə ağız büzməliyik?

37-ci ildə Azərbaycan elitasını məhv eləmək üçün qolunu çırmamış o vaxtın 366-cı atıcı alayın komandirləri və o vaxtın sərkisyanları, köçəryanları millətin sayseçmə oğullarını güllələdilər . Və bu sayseçmə oğullardan biri də bir xanım idi – Ayna Sultanova. Əslində elə bir Xocalı faciəsini də 37-də yaşamışıq.

Əgər Ayna Sultanovanın abidəsi götürülürsə, onda gərək Nəriman Nərimanovun heykəli də dünəndən götürülə. Bu nə münasibətdi tariximizə, şəxsiyyətlərimizə?


Məhz tariximizə, şəxsiyyətlərimizə belə münasibətlərin ağrısıdır bu gün çəkirik.

Mən Ayna Sultanovanın həyatı ilə, onun yaşadığı faciə ilə bağlı çox yazılar oxumuşam, çox mənbələrə baxmışam. Bu xanımın acı taleyi məni o qədər ağrıdıb ki, hətta «Dolu» romanında bu xanımın çəkdiyi məşəqqətlərdən yan keçə bilməmişəm.

Həmin hissəni bugünki nömrəmizdə çap edirəm. Təbii ki, siz onu oxuyanda ağlamayacaqsız, amma mən onu yazanda və o işgəncələri gözümün qabağına gətirəndə özümü saxlaya bilməmişəm. Və o parçanı göz yaşları içində yazmışam.

Buyurun, həmin hissəni oxuyun, sonra da gedin Ayna Sultanovanın heykəlini sökün, ya da daşlayın!




İmza:

Faiq QİSMƏTOĞLU: HAVALAR İSTİ KEÇƏNDƏ...

Metro yay qrafikinə keçir - Qatar sayı azalır, interval artır

2022-ci ildən Bakıda avtobuslar yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriklə işləyəcək

Ağcabədinin Bayat kəndinə təbii qaz verilib - FOTOLAR

MÜHARİBƏ ADAMI - VİDEO

Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS

Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ

Nazir: Azərbaycan Ordusunda olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir

Mehriban Əliyeva: "Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir"

Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi

Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT

Elçibəyin xanımı dəfn olundu

SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK