adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 May 2019 13:15
47714
ŞOU-BİZNES
A- A+

Model Günay Musayeva biznesmen məşuqunu bıçaqladı- ŞOK!

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva uzun müddətdir birlikdə olduğu biznesmen sevgilisi Taha Tatlıcını bıçaqlayıb.

Adalet.az-ın məlumatına görə, buna səbəb cütlük mübahisə edərkən Tahanın Günay və oğlu Cihangiri döyməsi olub.

Bildirilir ki, Taha polisə şikayət edib. Günay ifadəsində söyləyib ki, əslində, zərər çəkən o, özüdür. Taha tərəfindən döyülüb və çarəsizlikdən onu bıçaqlayıb:

"Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlum və özümü qorumaq üçün bıçaqla qarşısına keçdim. Üstümə hücum edəndə bıçaq ona batdı”.

Musayevanın 2,5 il həbsi tələb olunur.

Qeyd edək ki, Günay ötən həftələrdə verdiyi açıqlamada sevgilsinin çox qısqanc olduğunu bildirmişdi.

Onu da bildirək ki, model əvvəl türkiyəli aktyor Tolqa Karellə evli olub. Onların bu evlilikdən bir oğlu dünyaya gəlib.