adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 May 2019 09:27
8354
HADİSƏ
A- A+

Külək Göyçayda 5 mərtəbəli yaşayış binasının dam örtüyünü atıb

Ölkə ərazisində baş verən külək nəticəsində Göyçay rayonuna dəymiş ziyan müəyyənləşib.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində külək onlarla ağacı qırıb:

"Külək rayon ərazisində olan 5 mərtəbəli yaşayış binasının 2800 kvadratmetrlik dam örtüyünü atıb. Bununla yanaşı, külək 900 metrlik elektrik xətti, 1 transformator, 3000 metr kabel xətti, elektrik dirəklərini yararsız vəziyyətə salıb. İki irigövdəli ağac kökündən qırılaraq rayon ərazisindəki 1 çardaq və bir avtomobil qarajının üzərinə düşərək yararsız vəziyyətə salıb"