Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” Adalet.az | Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur”

9333    |   2019-05-20 18:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vaxtilə keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin yan şüşələrinə jalüzlərin vurulması ilə bağlı qərar qəbul etdi. Sonra o qərarı "yay mövsümündəjalüz olsun, amma qış mövsümündə olmasın" şəklində dəyişdilər. Bunu da təhlükəsizliklə əsaslandırdılar. Amma Avropada avtomobildə jalüzdəndən həm yayda, həm qışda istifadə edirlərsə, onda belə çıxır ki, Avropada olan insanlar təhlükəsizliyə kifayət qədər diqqət yetirmirlər”.

Adalet.az-ın ONA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan isti ölkədir və may ayından başlayaraq avtomobildə jalüzdən istifadə etmək olar qərarı başa düşülən deyil: "Bunun heç bir məntiqi əsası da yoxdur. Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına görə, iki yan güzgü olduqda, arxa şüşələrinjalüz ilə örtülməsi sürücünün öhdəsinə buraxılmalıdır. Amma ölkədəki bu qərar əslində insanları inzibati qaydada cəzalandırmağa yönəldilmiş bir addımdır və o jalüzlərin də deyilən vaxtda qaldırılmamasına görə 100-150 manat cərimə nəzərdə tutulur. Azərbaycan sürücülərinin, hətta sürücü olmayan, maşında gedən azyaşlı uşaqların, qadınların mənasız yerdə əziyyət çəkməsinə və sürücülərin də Dövlət Yol Polisi (DYP) ilə qarşı-qarşıya gəlməsinə şərait yaradan bu amil aradan götürülməlidir”.

Ç.Qənizadə bunun turizmin inkişafına da problem yaratdığını deyib: "Turist Azərbaycanın hər hansı bir regionuna səfər etmək istəyir, aprelin 30-da sürücü onu xəbərdar edir ki, təhlükəsizlik üçün jalıüzü qaldırmaq olmaz, amma sabah qaldıra bilər. Bu da turistdə çaşqınlıq yardır”.

Deputat deyib ki, hələlik bu istiqamətdə iş aparır, KİV-də vəparlamentdə fikir bildirib, yada salır: "Bu qərar mənasız bir şeydir və dərhal aradan götürülməlidir”.




İmza:

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

Əli Əhmədov: Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Gürcü nazir Bakıya danışıqlara gəlir

Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb

Novruz Məmmədov: “Türkiyə daim bizim yanımızdadır”

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib

Hikmət Hacıyev Paşinyanın qeyri-ciddiliyini sübut etdi - VİDEO

“Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov

Müdafiə naziri Stanislav Zasla görüşüb

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

İNŞALLAH, BİRİNCİ GÜN TƏZƏ ŞƏKİLLƏR GÖRƏCƏYİK

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov

Macarıstanın Baş naziri Bakıya gəlir

Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK