Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Örl Litzenberqer ADU-nun “Səfir saatı” layihəsinin qonağı olub Adalet.az | Örl Litzenberqer ADU-nun “Səfir saatı” layihəsinin qonağı olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Örl Litzenberqer ADU-nun “Səfir saatı” layihəsinin qonağı olub

5132    |   2019-05-20 17:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb.

ADU-dan Adalet.az-a verilən məlumata görə, K.Abdulla "Səfir saatı”nda tələbələrlə görüşmək təklifini qəbul edib gəldiyi üçün səfirə təşəkkürünü bildirib.

Rektor Azərbaycanda ABŞ səfirinə daim böyük ehtiram və hörmət olduğunu söyləyib. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən universitet rəhbəri multikulturalizm siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 5 ildir fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında danışıb.

Ö.Litzenberqer səmimi qəbula görə təşəkkürünü bildirib. O, ikinci dəfə qonaq olduğu ADU-da xoş münasibətlə qarşılandığına görə şad olduğunu deyib. Səfir Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi, dostluq münasibətləri və ləziz mətbəxinin yüksək təəssürat yaratdığını qeyd edib. Azərbaycan Xaçmaz və Quba rayonlarına səfər edən diplomat digər regionlarda da olmağı arzuladığını dilə gətirib.

Hökumət nümayəndələri ilə keçirilən görüşlərdən danışan səfir onlarda ikitərəfli əlaqələrin inkişaf etdirilməsində böyük istək müşahidə etdiyini diqqətə çatdırıb. Ö.Litzenberqer Bakı Amerika Mərkəzi ilə növbəti anlaşma memorandumunun müddətinin uzadılması ilə bağlı hazırlıq işlərinin getdiyini qeyd edib.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev universitetdə tədris prosesi, tələbə və məzunlar, dillərin tədrisi ilə bağlı məsələləri səfirin diqqətinə çatdırıb.

ABŞ səfiri Ö.Litzenberqer universitetdə fəaliyyət göstərən "Səfir saatı” layihəsi çərçivəsində universitet tələbələri və digər maraqlanan şəxslərlə görüşüb. Səfir görüşdə şəxsi təcrübələri, təhsil aldığı dövrlər, diplomatik fəaliyyəti, eyni zamanda ABŞ-Azərbaycan əlaqələri haqqında danışıb.




İmza:

Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edib

Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

Azərbaycan Dillər Universitetində İngilis dili həftəsi uğurla sona çatıb

Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi

UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək

Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var

ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi

ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb

Ədalət Muradov: Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır

Ədalət Muradov: Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır

ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi

Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edib

Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var

UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək

Azərbaycan Dillər Universitetində İngilis dili həftəsi uğurla sona çatıb

Prezident və xanımı yeni tədris kompleksinin açılışında - YENİLƏNİB

Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi

Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK