ANA SƏHİFƏ / YAZARLAR

Madonnanın özbaşınalığı, yoxsa Masonların əmri? - ANALİZ

16894    |   2019-05-21 09:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avroviziya! Son dövrlər siyasi don geyinən bir yarışmaya çevrilib. Bu il İsraildə keçirilən bu yarışma nələrlə yadda qaldı? Yaxşı bilirsiniz, amma yenə də xatırladım. Əvvəla bayrağımızın baş-ayaqlığı, xəritəmizin Naxçıvansızlığı bizi silkələdi. Baxmayaraq ki, biz bu yarışmaya bir dəfə ev yiyəliyi etmişik və Avropa bizi yaxşı tanımalı idi. Bu, ilkin ittihamdır. Amma bəs bizim texniki heyət? Onlar hara baxırdılar? Olmaya hamısı Avroviziya həyəcanından bəhrələnən səhlənkarlıqdır?! Bəlkə də...

Builki yarışma mənə bir şeyi öyrətdi: münsiflərlə (peşəkarlarla) xalqın rəyi üst-üstə düşmür. Final gecəsi münsif səsverməsilə siyahıya liderlik edən Makedoniya, xalq səsverməsi ilə qalib olan Hollandiya. Açığı mən bu bəsit, heç bir performansı olmayan çıxışdan heç də zövq almadım. Hər nə qədər Avropaya dəxli olmasa da və nə əcəbsə gəlib Avroviziyada çıxış edən Avstraliya mənim ürəyimə daha çox yatdı. Bu, mənim şəxsi fikrimdir. İndidən deyim, bilin. Səs desən, səs, musiqi desən, musiqi, performans desən, performans.

Çoxunuzun bildiyi mətləbləri keçib gəlmək istəyirəm əsas məsələyə. Yazının doğulma səbəbi Madonnaya. Ki, həmin gecə hamı onu qınadı. Bəs, Madonna niyə xaric notların ağuşuna düşüb? Niyə bu qədər səhlənkarlıq edib? Əvvəla məlumunuz olsun ki, Madonna milyonlara işləyən adamdır. Yəni Avroviziyaya onu gətirmək elə də asan deyil. Kanadada doğulan milyarder Silvan Adams onun İsrailə gəlməsi üçün 1 milyon qanorar ayırıb. Bu üzdən Madonnanın İsraildə oxuması finala iki gün qalmış bəlli olub. Və onun hazırlıq prosesləri mətbuatdan gizlədilib. Ya bəlkə də başqa yerdə hazırlaşıbmış. Amma əsas məsələ onun detonları deyil axı.


O boyda səhnə performansı var ortada. Başdan ayağa mesajdır. Bəlli sujeti, əvvəli, ortası, sonu var. "Like a prayer” və "Future” mahnılarından ibarət tamaşa deyərdim buna. "Dua kimi” və "Gələcək” mənasını verən bu mahnıların ikisinin də mətni ilə tanış oldum. İngiliscədən başqa bir variant yox idi. Mahnıdakı sözlər səhnədəki kimi İblisin dilindən başlayır.

Həyat sirrdir, hər kəs təkbaşına yaşamalıdır.

Mən eşidirəm, sən mənim adımı çağırırsan,

Və mən sanki evimdəyəm.

Nə vaxt ki, sən mənim adımı balaca bir dua kimi çağırırsan,

Mən diz çökürəm və səni ora aparmaq istəyirəm

Gecə yarısı mən sənin gücünü hiss edirəm.

Bilirsən, mən səni ora aparacağam.

Mən sənin səsini eşidirəm, o mələyin nəfəsi kimidir.

Mənim seçimim yoxdu, mən sənin səsini eşidirəm.

O, uçuş kimidir.

Gözlərimi bağlayıram, sanki göylərdən yerə düşürəm. İlahi, kömək ol mənə!

Sən bir uşaq kimi mənə yumşaq pıçıldayırsan. Sən lap uşaq kimi nəzarətdəsən.

Bu sözlər mahnıdan xülasədir. Mətn uzun olduğu üçün hamısını yazmıram. Amma səhnədə baş verənlər hamısı İblis ideyasını insanlara çatdırmaq, mason simvolları ilə ana ideyanı əxz eləmək üçündür.

Madonna İblis obrazındadır. Əynindəki qara geyimdə masonların simvollarından biri "X” formasında sümük var. Bir gözü bağlıdır.

Tamaşa boyu rahiblər xor oxuyur, böyük sütünları daşıyır. Bu masonlarda "usta-fəhlə” anlayışına işarədir. Onlar axırıncı sütunları da gətirib başa qoyandan sonra missiya tamamlanır.

Tamaşanın yarısında Rahiblər paltarlarını çıxarırlar və üzlərində əlehqaz, başlarında çiçək bir mələk kimi Madonnanın ətrafında fırlanırlar. İblis bir-bir o ağ libaslı mələkləri başlarından tutur, itələyir, bir növ alçaldır. Və arxa fonda bir partlayış, alov yaranır və mələklər ölürlər. Bu həm də atom, nüvə silahına işarədir.

Arxa fonda Amerikanın məşhur "Azadlıq heykəli”, yəni bir əlində məşəl, bir əlində isə ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata olan qadının məşəl tutan qolu qırılır. Çox ehtimal ki, bu, üçüncü dünya müharibəsinə işarədir.



Tamaşa boyu arxa fonda tez-tez alova bürünmüş ərazilər təsvir olunur. Mahnıdakı "səni ora aparmaq istəyirəm” mesajındakı "ora” cəhənnəmdir.

Bir anlıq arxa fonda tünd boz səmanın ortasında kölgə kimi İblis canlanır. Və pilləkənlərin üstündə tərsinə dayanmış kilsə görürük. Şəkili tərsinə çevirəndə açıq-aydın görünür ki, bu, yaxınlarda yanan Notr-Dam kilsəsidir. Bu, Notr-Damı masonların yandırdığına işarədir.



Bununla da bitmir. Rəqs edənlərdən birinin kürəyində Fələstin, birinin kürəyində isə İsrail bayraqları var. Biri oğlandır, biri qız. Bir qaradır, biri ağ. Qara paltarlı oğlanın kürəyində İsrail, ağ köynəkli qızın kürəyində Fələstin bayrağı təsvir olunur. Və onlar masonların salamlaşdığı qaydada əllərini arxadan birləşidirib İblisə tərəfə qalxırlar.



"Bu element məşq zamanı olmayıb və razılaşdırılmayıb. Eurovision mahnı müsabiqəsi qeyri-siyasi tədbirdir və Madonnaya bu məlumdur", - Eurovision 2019 müsabiqəsinin təşkilatçılarının bəyanatında deyilib. Amma bu belə olsa belə, demək ki, masonlar İsrail hökümətini vecinə almır.

Xüsusi qeyd: Madonnanın mahnısının tam mətni internet mənbələrində olsa da, çıxış zamanı, onun mələklərdən biri ilə baş tutan söhbətinin mətni heç bir yerdə yoxdur. Və Madonn

Onlar çox safdırlar.

Elə düşünürlər ki, biz onların cinayətlərindən xəbərdar deyilik

Biz bilirik, amma hələ nəsə etməyə hazır deyilik.

Bu fırtına havada deyil, bizim içimizdədir

Sənə sevgi və tənhalıq haqqında danışmaq istəyirəm

Amma artıq gecdi

sən öz ali kapüşonunun çölündəki səsləri eşitmirsən?

Küləyin uğultusunun başlamasını eşidirsən?

Bu an Madonna üfürür və səhnədəki mələkləri yerə yıxır və arxa fonu alov bürüyür. Bunun nüvə silahının işə salınmasına işarə olduğunu düşünmək olar.

Hamı gələcəyə gələ bilmir

Hamı keçmişdən nəsə öyrənə bilmir.

Tamaşanın ortasındakı bu sözlərin ünvanı çox güman ki, İsrail dövlətidir. O İsrail dövləti ki, bu gün Madonnanın "İsrail-Fələstin sülh”ünə verdiyi mesajı bəyənmir və deyir ki, bu hissə tamaşada nəzərdə tutulmamışdı. Yəni Madonna bu səhnəni özü əlavə edib.


Ən sonda "Oyan" mesajı verilir dünyaya!

Bəs sizcə, bu, Madonnanın özbaşınalığıdır, yoxsa Masonların İsrailə əmri? Və nəzərinizə çatdırım ki, bu, Madonnanın mason mesajları ilə dolu birinci çıxışı deyil. O, bundan qabaq də fəaliyyətini bu mesajları ötürməyə həsr edib.

İndi sizcə Madonnanın səsindəki xaric notlar önəmlidir, yoxsa tamaşadakı mesajlar?



Araşdırmaçılar:

Ulucay Akif

Eminquey


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : GÖYDƏRİLİ LAL
2019-06-12 : Super Analar
2019-06-12 : "BALACA GÜNƏŞ"
2019-06-04 : TÜRK ŞAKASI
2019-05-29 : AY MUSA YAQUB!
2019-05-27 : ŞƏHƏRCİK
2019-05-24 : ULU OCAQ
2019-05-24 : Həyat etüdləri
SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK