adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Madonnanın özbaşınalığı, yoxsa Masonların əmri? - ANALİZ

41479 | 2019-05-21 09:12

Avroviziya! Son dövrlər siyasi don geyinən bir yarışmayaçevrilib. Bu il İsraildə keçirilən bu yarışma nələrlə yadda qaldı? Yaxşıbilirsiniz, amma yenə də xatırladım. Əvvəla bayrağımızın baş-ayaqlığı, xəritəmizinNaxçıvansızlığı bizi silkələdi. Baxmayaraq ki, biz bu yarışmaya bir dəfə ev yiyəliyietmişik və Avropa bizi yaxşı tanımalı idi. Bu, ilkin ittihamdır. Amma bəs bizimtexniki heyət? Onlar hara baxırdılar? Olmaya hamısı Avroviziya həyəcanından bəhrələnənsəhlənkarlıqdır?! Bəlkə də...

Builki yarışma mənə bir şeyi öyrətdi: münsiflərlə (peşəkarlarla)xalqın rəyi üst-üstə düşmür. Final gecəsi münsif səsverməsilə siyahıya liderlikedən Makedoniya, xalq səsverməsi ilə qalib olan Hollandiya. Açığı mən bu bəsit,heç bir performansı olmayan çıxışdan heç də zövq almadım. Hər nə qədər Avropayadəxli olmasa da və nə əcəbsə gəlib Avroviziyada çıxış edən Avstraliya mənim ürəyimədaha çox yatdı. Bu, mənim şəxsi fikrimdir. İndidən deyim, bilin. Səs desən, səs,musiqi desən, musiqi, performans desən, performans.

Çoxunuzun bildiyi mətləbləri keçib gəlmək istəyirəm əsas məsələyə.Yazının doğulma səbəbi Madonnaya. Ki, həmin gecə hamı onu qınadı. Bəs, Madonna niyəxaric notların ağuşuna düşüb? Niyə bu qədər səhlənkarlıq edib? Əvvəla məlumunuzolsun ki, Madonna milyonlara işləyən adamdır. Yəni Avroviziyaya onu gətirmək elədə asan deyil. Kanadada doğulan milyarder Silvan Adams onun İsrailə gəlməsiüçün 1 milyon qanorar ayırıb. Bu üzdən Madonnanın İsraildə oxuması finala ikigün qalmış bəlli olub. Və onun hazırlıq prosesləri mətbuatdan gizlədilib. Ya bəlkədə başqa yerdə hazırlaşıbmış. Amma əsas məsələ onun detonları deyil axı.


O boyda səhnə performansı var ortada. Başdan ayağamesajdır. Bəlli sujeti, əvvəli, ortası, sonu var. "Like a prayer” və "Future”mahnılarından ibarət tamaşa deyərdim buna. "Dua kimi” və "Gələcək” mənasını verənbu mahnıların ikisinin də mətni ilə tanış oldum. İngiliscədən başqa bir variantyox idi. Mahnıdakı sözlər səhnədəki kimi İblisin dilindən başlayır.

Həyat sirrdir, hər kəs təkbaşına yaşamalıdır.

Mən eşidirəm, sən mənim adımı çağırırsan,

Və mən sanki evimdəyəm.

Nə vaxt ki, sən mənim adımı balaca bir dua kimi çağırırsan,

Mən diz çökürəm və səni ora aparmaq istəyirəm

Gecə yarısı mən sənin gücünü hiss edirəm.

Bilirsən, mən səni ora aparacağam.

Mən sənin səsini eşidirəm, o mələyin nəfəsi kimidir.

Mənim seçimim yoxdu, mən sənin səsini eşidirəm.

O, uçuş kimidir.

Gözlərimi bağlayıram, sanki göylərdən yerə düşürəm. İlahi,kömək ol mənə!

Sən bir uşaq kimi mənə yumşaq pıçıldayırsan. Sən lap uşaq kimi nəzarətdəsən.

Bu sözlər mahnıdan xülasədir. Mətn uzun olduğu üçünhamısını yazmıram. Amma səhnədə baş verənlər hamısı İblis ideyasını insanlaraçatdırmaq, mason simvolları ilə ana ideyanı əxz eləmək üçündür.

Madonna İblis obrazındadır. Əynindəki qara geyimdəmasonların simvollarından biri "X” formasında sümük var. Bir gözü bağlıdır.

Tamaşa boyu rahiblər xor oxuyur, böyük sütünları daşıyır.Bu masonlarda "usta-fəhlə” anlayışına işarədir. Onlar axırıncı sütunları da gətiribbaşa qoyandan sonra missiya tamamlanır.

Tamaşanın yarısında Rahiblər paltarlarını çıxarırlar və üzlərindəəlehqaz, başlarında çiçək bir mələk kimi Madonnanın ətrafında fırlanırlar. İblisbir-bir o ağ libaslı mələkləri başlarından tutur, itələyir, bir növ alçaldır. Vəarxa fonda bir partlayış, alov yaranır və mələklər ölürlər. Bu həm də atom, nüvəsilahına işarədir.

Arxa fonda Amerikanın məşhur "Azadlıq heykəli”, yəni bir əlindəməşəl, bir əlində isə ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul1776-cı il tarixinin yazıldığı tabula ansata olan qadının məşəl tutan qoluqırılır. Çox ehtimal ki, bu, üçüncü dünya müharibəsinə işarədir.



Tamaşa boyu arxa fonda tez-tez alova bürünmüş ərazilər təsvirolunur. Mahnıdakı "səni ora aparmaq istəyirəm” mesajındakı "ora” cəhənnəmdir.

Bir anlıq arxa fonda tünd boz səmanın ortasında kölgə kimiİblis canlanır. Və pilləkənlərin üstündə tərsinə dayanmış kilsə görürük. Şəkili tərsinə çevirəndə açıq-aydın görünür ki, bu, yaxınlarda yanan Notr-Dam kilsəsidir. Bu, Notr-Damı masonların yandırdığına işarədir.



Bununla da bitmir. Rəqs edənlərdən birinin kürəyində Fələstin,birinin kürəyində isə İsrail bayraqları var. Biri oğlandır, biri qız. Birqaradır, biri ağ. Qara paltarlı oğlanın kürəyində İsrail, ağ köynəkli qızın kürəyindəFələstin bayrağı təsvir olunur. Və onlar masonların salamlaşdığı qaydada əlləriniarxadan birləşidirib İblisə tərəfə qalxırlar.



"Bu element məşq zamanı olmayıb və razılaşdırılmayıb.Eurovision mahnı müsabiqəsi qeyri-siyasi tədbirdir və Madonnaya bu məlumdur",- Eurovision 2019 müsabiqəsinin təşkilatçılarının bəyanatında deyilib. Amma bubelə olsa belə, demək ki, masonlar İsrail hökümətini vecinə almır.

Xüsusi qeyd: Madonnanın mahnısının tam mətni internet mənbələrindəolsa da, çıxış zamanı, onun mələklərdən biri ilə baş tutan söhbətinin mətni heçbir yerdə yoxdur. Və Madonn

Onlar çox safdırlar.

Elə düşünürlər ki, biz onların cinayətlərindən xəbərdardeyilik

Biz bilirik, amma hələ nəsə etməyə hazır deyilik.

Bu fırtına havada deyil, bizim içimizdədir

Sənə sevgi və tənhalıq haqqında danışmaq istəyirəm

Amma artıq gecdi

sən öz ali kapüşonunun çölündəki səsləri eşitmirsən?

Küləyin uğultusunun başlamasını eşidirsən?

Bu an Madonna üfürür və səhnədəki mələkləri yerə yıxır vəarxa fonu alov bürüyür. Bunun nüvə silahının işə salınmasına işarə olduğunudüşünmək olar.

Hamı gələcəyə gələ bilmir

Hamı keçmişdən nəsə öyrənə bilmir.

Tamaşanın ortasındakı bu sözlərin ünvanı çox güman ki, İsrail dövlətidir. O İsrail dövləti ki, bu gün Madonnanın "İsrail-Fələstin sülh”ünə verdiyimesajı bəyənmir və deyir ki, bu hissə tamaşada nəzərdə tutulmamışdı. YəniMadonna bu səhnəni özü əlavə edib.


Ən sonda "Oyan" mesajı verilir dünyaya!

Bəs sizcə, bu, Madonnanın özbaşınalığıdır, yoxsa Masonların İsrailə əmri? Və nəzərinizə çatdırım ki, bu, Madonnanın mason mesajları ilə dolu birinci çıxışı deyil. O, bundan qabaq də fəaliyyətini bu mesajları ötürməyə həsr edib.

İndi sizcə Madonnanın səsindəki xaric notlar önəmlidir,yoxsa tamaşadakı mesajlar?



Araşdırmaçılar:

Ulucay Akif

Eminquey

TƏQVİM / ARXİV