viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | AYGÜN ATTAR: Siyasətçilərin dilində Azərbaycan Türkləri yoxdu! Adalet.az | AYGÜN ATTAR: Siyasətçilərin dilində Azərbaycan Türkləri yoxdu! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AYGÜN ATTAR: Siyasətçilərin dilində Azərbaycan Türkləri yoxdu!

2742    |   2019-05-21 09:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstanbulda yerli seçkilər səbəbiylə çox kəskin səs mübarizəsi yaşanmaqdadır. Lakin heç bir namizədin dilindən İstanbulda xüsusi xətir-hörmətə sahib olan Azərbaycan türklərinə aid bir şey eşitmirik.

Mənə "Onsuz da biz bir millətik” kimi şablon ifadələrlə cavab verməməyiniz üçün fikrimi bu cür ifadə edim: "Qaradənizlilər, səsinizi istəyirik”,  "Şərqli, Cənub-Şərqli həmşəhərlilərimiz, səsinizi istəyirik”  desələr də, belə çıxışlarda azərbaycanlı qardaşlarımızın adı çəkilmir.

Niyə?

Cavab çox sadədir, çünki Azərbaycan türklərinin bu ölkədə siyasi gücü yoxdur. Hər hansı bir mövzuda yekdil iradə sərgiləmək mədəniyyəti yoxdur.

"Bir millət, iki dövlət” olmaqla yanaşı həm də Türkiyənin enerji sahəsində ən böyük xarici sərmayəcisi olan bir ölkənin buradakı vətəndaşları siyasi partiyalarda çox passiv fiqurlardır, önə çıxanların isə arxasında birlik dəstəyi yoxdur.

Əsasən sosial mediada klaviyatura qəhrəmanlığı edən soydaşlarımız yaxın keçmişdə Iğdır və Qars seçkilərində hadisələri sadəcə uzaqdan seyr etməklə kifayətləndilər. Ermənistan mediası isə əksinə, bu iki şəhərdəki hadisələri günbəgün izlədi, yazdı, pozdu və nəticələrini "zəfər” olaraq manşetlərə çıxardı. Nəticədə yüz illərdir Azərbaycan türklərinin yaşadığı, Azərbaycan və  Türkiyə üçün stratejik və həyati önəmə sahib olan Iğdır və Qars bələdiyyələri seçkisindən iki ağır məğlubiyyət aldıq, üstəlik hər iki şəhərdə də Cümhuriyyət ittifaqı namizədləri məğlub edildi!

Niyə bu nəticələr Tükiyədə yaşayan soydaşlarımız tərəfindən lazımlı səviyyədə sorğulanmadı, niyə böyük-böyük kanallarda kiçik-kiçik mövzular günlərcə müzakirə edilsə də, belə ciddi bir məğlubiyyət üzərində yetərincə dayanılmadı?

İstanbul üçün düşərgələr quranlar, bütün partiya təşkilatını bu şəhərə daşıyaraq səfərbər olanlar niyə Iğdır və Qarsda seçicilərinin qarşısına çıxaraq lazımi mesajları vermədi?

Azərbaycanlıların Azərbaycandan qazandığı pul ilə İstanbulda qurulan "Global” kanalı Türkiyədə yaşayan Azərbaycan türkləri ilə nə qədər maraqlanır?Niyə Məhsəti Serif Özyürək, Şəbnəm Qarslı, Nigar Ögeday, Aygün Həsənoğlu, Kebuter Haqverdi və adını burada çəkə bilməyəcəyim qədər çox savadlı, bilgili, Türk Dünyası və Azərbaycan həqiqətləri üçün mübarizə aparan neçə jurnalist, yazıçı soydaşlarımızdan heç biri "Global” kanalına əməkdaşlıq üçün dəvət edilmədi?

Niyə bu böyük sərmayələrin hesabına qurulan kanal "Agos” qəzeti qədər Azərbaycan və Ermənistan məsələlərində fəal deyil?

Türkiyədə Azərbaycan diasporasının Erməni diasporasından zəif olmasının əsas səbəblərindən biri də burada ( xüsüsən doxsanıncı illərdən sonra) iş-güc sahibi olan Azərbaycanlı soydaşlarımızın şəxsi mənfəətlərini daha önəmli saymaları deyilmi?

İllərdir ölkəmiz haqqında ən ağır təhqirləri yazan Ermənistan və PKK aşiqi Nagehan və Rasim cütlüyünə qürurlu bosniyalı qardaşlarımız kimi dik duruş nümayiş etdirə bilmədik. Ar olsun! Şəxsən "Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri” kitabının müəllifi olaraq mən, buradakı 6 milyona yaxın soydaşlarımızın fərəsətsizliyi və qorxaqlığından utanıram!

Bu 6 milyonluq nüfuzu gücə çevirə bilmədiyimiz üçün Cənubi Azərbaycanda yaşayan 40 milyonluq soydaşlarımız da "İran coğrafiyasında yaşayan azərilər” olaraq qələmə verilir. "Cənubi Azərbaycan” ifadəsindən belə qorxsalar da, digər məsələlər bizim zəifliyimizdir.

Fələstin üçün küçələri dağıdan izdihamın heç mində biri Təbriz üçün toplanmırsa, bu bizim günahımızdır.

Bu ölkədə "Dink davası” heç gündəmdən düşmədən bütün mediada müzakirə olunan aktual mövzu olur, amma "Xocalı Soyqırımı” isə "Xocalı Faciəsi” adıyla sadəcə fevral ayında və sadəcə milli duyğularta sahib kütlələr tərəfindən yad edilir və əsas media qurumlarında heçə yaxın şəkildə yer al(m)ırsa, bu bizim ölümünə sevdiyimiz və vətəndaşı olduğumuz ölkədəki gücsüzlüyümüzün bariz nümunəsidir.

Burada, Avropada, Amerikada yaşayan və heç yorulmadan bütün gücləri ilə bu millətə xidmət edən soydaşlarımıza minnətdaram,  amma acı da olsa, ümumi vəziyyət budur ki, biz Türkiyədə sosial, siyasi və mədəni fəaliyyətlərdə çox zəif bir durumdayıq.

İstanbulda hər həftə Ermənistanla bağlı təşkil olunan fərqli tədbirlərdə iştirak sayına baxın, Gürcüstan folklor rəqs qruplarının konsertlərində iştirak sayına, bir də kim bilir neçə ildə bir dəfə gələn   Azərbaycan dövlət rəqs qrupunun pulsuz nümayiş etdiyi konsertlərdəki iştirak sayına baxın.

PKK-nın dil uzatdığı, Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğal olunan Azərbaycan üçün Türkiyədə yaşayan 6 milyon azərbaycanlının toplu şəkildə etiraz aksiyası keçirdiyini, ya da siyasi partiyalardan nəsə tələb etdiyini görən, bilən varmı?

24 apreldə dövlət tərəfindən türkcə və ermənicə yayımlanan başsağlığı mesajının, 26 fevralda Xocalı Soyqırımı ilə bağlı da eyni şəkildə türkcə və ermənicə məruzə olunması tələb edilmirsə. bu bizim Türkiyədəki vəziyyətimizi ən açıq şəkildə izah edir!

Gənc iş adamlarımızın bir çoxu fərqli siyası partiyalardan seçilməyə namizəd olsalar da ümumi seçkilərdə Şamil Ayrımdan başqa heç biri deputatlıq üçün namizəd edilmədi və Məclisə girə bilmədilər. Halbuki "Agos” qəzetinin yazarı Məclisə girdiyi kimi iqtidarı təmsil edən partiyanın A komandasında  MKYK-da boy göstərir. Demək ki, məsələ say deyil sermayedir, kəmiyyət deyil keyfiyyətdir.

Yəni keyfiyyətdən yoxsuluq!

Bütün bunların nəticəsidir ki, siyasətçilərin üç-beş səs dalınca qaçdığı vaxt belə, eynən siyasətdə olduğu kimi, heç siyasətçilərin çıxışlarında belə Azərbaycan türkləri olaraq yoxuq!

Prof.Dr.Aygün Attar



İmza:

YAZARIN ARXİVİ

2019-09-10 : CHP birinci oldu
2019-09-10 : ELTON QULİYEV :
2019-09-10 : Ağdamda son azan
2019-09-03 : ŞƏRHSİZ...
2019-09-02 : AKİF RÜSTƏMOV:
SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK