adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

AYGÜN ATTAR: Siyasətçilərin dilində Azərbaycan Türkləri yoxdu!

11100 | 2019-05-21 09:09

İstanbuldayerli seçkilər səbəbiylə çox kəskin səs mübarizəsi yaşanmaqdadır. Lakin heç birnamizədin dilindən İstanbulda xüsusi xətir-hörmətə sahib olan Azərbaycan türklərinəaid bir şey eşitmirik.

Mənə "Onsuzda biz bir millətik” kimi şablon ifadələrlə cavab verməməyiniz üçün fikrimi bucür ifadə edim: "Qaradənizlilər, səsinizi istəyirik”,  "Şərqli, Cənub-Şərqli həmşəhərlilərimiz, səsiniziistəyirik”  desələr də, belə çıxışlarda azərbaycanlıqardaşlarımızın adı çəkilmir.

Niyə?

Cavabçox sadədir, çünki Azərbaycan türklərinin bu ölkədə siyasi gücü yoxdur. Hərhansı bir mövzuda yekdil iradə sərgiləmək mədəniyyəti yoxdur.

"Birmillət, iki dövlət” olmaqla yanaşı həm də Türkiyənin enerji sahəsində ən böyükxarici sərmayəcisi olan bir ölkənin buradakı vətəndaşları siyasi partiyalardaçox passiv fiqurlardır, önə çıxanların isə arxasında birlik dəstəyi yoxdur.

Əsasənsosial mediada klaviyatura qəhrəmanlığı edən soydaşlarımız yaxın keçmişdə Iğdırvə Qars seçkilərində hadisələri sadəcə uzaqdan seyr etməklə kifayətləndilər.Ermənistan mediası isə əksinə, bu iki şəhərdəki hadisələri günbəgün izlədi,yazdı, pozdu və nəticələrini "zəfər” olaraq manşetlərə çıxardı. Nəticədə yüzillərdir Azərbaycan türklərinin yaşadığı, Azərbaycan və  Türkiyə üçün stratejik və həyati önəmə sahibolan Iğdır və Qars bələdiyyələri seçkisindən iki ağır məğlubiyyət aldıq, üstəlikhər iki şəhərdə də Cümhuriyyət ittifaqı namizədləri məğlub edildi!

Niyə bunəticələr Tükiyədə yaşayan soydaşlarımız tərəfindən lazımlı səviyyədəsorğulanmadı, niyə böyük-böyük kanallarda kiçik-kiçik mövzular günlərcə müzakirəedilsə də, belə ciddi bir məğlubiyyət üzərində yetərincə dayanılmadı?

İstanbulüçün düşərgələr quranlar, bütün partiya təşkilatını bu şəhərə daşıyaraq səfərbərolanlar niyə Iğdır və Qarsda seçicilərinin qarşısına çıxaraq lazımi mesajları vermədi?

AzərbaycanlılarınAzərbaycandan qazandığı pul ilə İstanbulda qurulan "Global” kanalı Türkiyədəyaşayan Azərbaycan türkləri ilə nə qədər maraqlanır?Niyə Məhsəti Serif Özyürək,Şəbnəm Qarslı, Nigar Ögeday, Aygün Həsənoğlu, Kebuter Haqverdi və adını buradaçəkə bilməyəcəyim qədər çox savadlı, bilgili, Türk Dünyası və Azərbaycan həqiqətləriüçün mübarizə aparan neçə jurnalist, yazıçı soydaşlarımızdan heç biri "Global”kanalına əməkdaşlıq üçün dəvət edilmədi?

Niyə buböyük sərmayələrin hesabına qurulan kanal "Agos” qəzeti qədər Azərbaycan və Ermənistanməsələlərində fəal deyil?

TürkiyədəAzərbaycan diasporasının Erməni diasporasından zəif olmasının əsas səbəblərindənbiri də burada ( xüsüsən doxsanıncı illərdən sonra) iş-güc sahibi olan Azərbaycanlısoydaşlarımızın şəxsi mənfəətlərini daha önəmli saymaları deyilmi?

İllərdirölkəmiz haqqında ən ağır təhqirləri yazan Ermənistan və PKK aşiqi Nagehan vəRasim cütlüyünə qürurlu bosniyalı qardaşlarımız kimi dik duruş nümayiş etdirəbilmədik. Ar olsun! Şəxsən "Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan türkləri”kitabının müəllifi olaraq mən, buradakı 6 milyona yaxın soydaşlarımızın fərəsətsizliyivə qorxaqlığından utanıram!

Bu 6milyonluq nüfuzu gücə çevirə bilmədiyimiz üçün Cənubi Azərbaycanda yaşayan 40 milyonluqsoydaşlarımız da "İran coğrafiyasında yaşayan azərilər” olaraq qələmə verilir. "CənubiAzərbaycan” ifadəsindən belə qorxsalar da, digər məsələlər bizim zəifliyimizdir.

Fələstinüçün küçələri dağıdan izdihamın heç mində biri Təbriz üçün toplanmırsa, bubizim günahımızdır.

Bu ölkədə"Dink davası” heç gündəmdən düşmədən bütün mediada müzakirə olunan aktual mövzuolur, amma "Xocalı Soyqırımı” isə "Xocalı Faciəsi” adıyla sadəcə fevral ayındavə sadəcə milli duyğularta sahib kütlələr tərəfindən yad edilir və əsas mediaqurumlarında heçə yaxın şəkildə yer al(m)ırsa, bu bizim ölümünə sevdiyimiz və vətəndaşıolduğumuz ölkədəki gücsüzlüyümüzün bariz nümunəsidir.

Burada,Avropada, Amerikada yaşayan və heç yorulmadan bütün gücləri ilə bu millətə xidmətedən soydaşlarımıza minnətdaram,  ammaacı da olsa, ümumi vəziyyət budur ki, biz Türkiyədə sosial, siyasi və mədəni fəaliyyətlərdəçox zəif bir durumdayıq.

İstanbuldahər həftə Ermənistanla bağlı təşkil olunan fərqli tədbirlərdə iştirak sayınabaxın, Gürcüstan folklor rəqs qruplarının konsertlərində iştirak sayına, bir dəkim bilir neçə ildə bir dəfə gələn   Azərbaycan dövlət rəqs qrupunun pulsuz nümayişetdiyi konsertlərdəki iştirak sayına baxın.

PKK-nındil uzatdığı, Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğal olunan Azərbaycanüçün Türkiyədə yaşayan 6 milyon azərbaycanlının toplu şəkildə etiraz aksiyasıkeçirdiyini, ya da siyasi partiyalardan nəsə tələb etdiyini görən, bilən varmı?

24apreldə dövlət tərəfindən türkcə və ermənicə yayımlanan başsağlığı mesajının,26 fevralda Xocalı Soyqırımı ilə bağlı da eyni şəkildə türkcə və ermənicə məruzəolunması tələb edilmirsə. bu bizim Türkiyədəki vəziyyətimizi ən açıq şəkildəizah edir!

Gənc işadamlarımızın bir çoxu fərqli siyası partiyalardan seçilməyə namizəd olsalar daümumi seçkilərdə Şamil Ayrımdan başqa heç biri deputatlıq üçün namizəd edilmədivə Məclisə girə bilmədilər. Halbuki "Agos” qəzetinin yazarı Məclisə girdiyikimi iqtidarı təmsil edən partiyanın A komandasında  MKYK-da boy göstərir. Demək ki, məsələ saydeyil sermayedir, kəmiyyət deyil keyfiyyətdir.

Yənikeyfiyyətdən yoxsuluq!

Bütünbunların nəticəsidir ki, siyasətçilərin üç-beş səs dalınca qaçdığı vaxt belə,eynən siyasətdə olduğu kimi, heç siyasətçilərin çıxışlarında belə Azərbaycantürkləri olaraq yoxuq!

Prof.Dr.Aygün Attar

TƏQVİM / ARXİV