adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 May 2019 09:22
11934
MƏMLƏKƏT
A- A+

ŞƏHİDİN AİLƏSİ ONUN DOSTLARINI AXTARIR

Şəkildə gördüyünüz bu igidin adı Araz Pirimovdu. 1969-cu ildə Ağdamın Gülablı kəndində – Aşıq Valehin, Aşıq Xaspoladın, general Murtuz Quliyevin, dahi tarzən Qurban Pirimovun, Sara Qədimovanın, Rəmişin, Səxavət Məmmədovun doğulduğu kənddə anadan olub. Pirimovlar bir nəsildilər, amma bilmirəm, bu igid həmin nəsildəndi, yoxsa yox.

Araz 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Ondan bir il əvvəl Bakıxanov qəsəbəsindəki Plan-İqtisad Texnikumuna qəbul olunubmuş. Hazırda Arazın ailəsi onunla eyni qrupda oxumuş tələbə dostlarını axtarır. Və ailə şəhid balamızı tanıyan adamlardan 050224-50-82 nömrəli mobil telefona zəng etmələrini xahiş edir.

Onu da qeyd edək ki, Araz Pirimov tanınmış jurnalist Zahir Əhmədovun xalası oğludur.