viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | «QƏBƏLƏ»YƏ QƏLƏBƏ YARAŞIR! TƏBRİKLƏR! Adalet.az | «QƏBƏLƏ»YƏ QƏLƏBƏ YARAŞIR! TƏBRİKLƏR! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

«QƏBƏLƏ»YƏ QƏLƏBƏ YARAŞIR! TƏBRİKLƏR!

21785    |   2019-05-21 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sənan Qurbanov və onun yetirmələri Nuh peyğəmbərin ayaq basdığı müqəddəs torpaqda Azərbaycan Kubokunu başları üzərinə qaldırdılar. Və Avropaya gedən yolların qapısını təpiklə vurub açdılar. Gözəl oyun oldu. «Sumqayıt» da Kuboka layiq idi, amma bu «Qəbələ»nin haqqı idi. Üç dəfə finalda Kuboku əldən vermişdi, yəni «Qəbələ» bu Kuboka təşnə idi. Futbolçular həm öz təşnələrini yatırtdılar, həm də fanatlarının ürəklərinə və bütün «Qəbələ»sevərlərin ürəklərinə elə Qəbələnin buz bulaqlarının suyunu səpdilər.

«Qəbələ» Avropa Kuboklarına da təşnədi. İnşallah, o təşnəni də söndürərlər və bir gün UEFA-nın Kubokunu Qəbələyə gətirərlər.

Fariz Nəcəfov başda olmaqla Sənan Qurbanovu və bütün futbolçuları bu qələbə münasibətilə ürəkdən təbrik edir və bundan sonra həm Azərbaycan çempionatında, həm də Avropada daha böyük uğurlar arzulayırıq.

Komanda sözünün üstündə durdu və Azərbaycan Kubokunu Tale Heydərova hədiyyə etdi.

Hörmətlə: Aqil ABBAS




İmza:
SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK