adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Aprel 2019 13:26
2484
MƏMLƏKƏT
A- A+

Çayçılıqla məşğul olan fermerlər maarifləndiriləcək

"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsinə start verib. Layihə rəhbəri Ədil Ədilzadə deyib ki, layihə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın yerlərdə təbliğində ictimai rolun artırılmasından bəhs edir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 12-də "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Bu proqramın həyata keçirilməsi respublikamızda çayçılığın ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, regionların aqrar sənaye potensialının artırılmasına, rəqabətin yaranmasına, daxili tələbatın ödənilməsinə, idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərəcək.

Təşkilat sədri onu da qeyd edib ki, layihənin məqsədi Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahəsi olan çayçılığılığın inkişafında ictimai rolun artırılmasıdır. Bu yöndə həyata keçirilən işlərdə sistemli yanaşma ortaya qoymaqdan ibarətdir.3 ay həyata keçiriləcək layihə çərçivəsində görüləcək işlərə toxunan Ə.Ədilzadə Lənkəran, Masallı, Astara rayonlarında olan fermerlərlə ilk öncə fərdi söhbətlər aparılacağını, daha sonra Milli Məclisin Aqrar Siyasət Komitəsindən olan millət vəkilləri, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə Ləmkəranda, Masallıda və Astarada dəyirmi masaların təşkil olunacağını deyib. Eyni zamanda layihə ərzində KİV-lərlə əməkdaşlıq ediləcək və çap olunan 300 kitabça fermerlər arasında pulsuz paylanacaq.