Faiq QİSMƏTOĞLU: EVİN YIXILSIN, AMERİKA!

FAİQ QİSMƏTOĞLU
43654 | 2019-05-20 12:48

BuAmerika ki, var, yetənə yetir, yetməyənə də bizim kənddəki Akif kimi yeri gəldi-gəlmədikəllə atır. Kəllə də elə-belə kəllə deyil ha, kimə dəysə canı çıxacaq! Və bu kəllədə ən çox müsəlman ölkələrinə atılır.İraqa atılır, Misirə atılır, Suriyaya atılır və indi də yavaş-yavaş bu kəlləİrana atılır.

Tayfikirləşmirlər ki, biri çıxıb onun kəllə atan başına elə bir zərbə endirər ki,elə kəllə-mayallaq olar. Hələ ki, biri çıxıb o kəlləyə bir zərbə vura bilməyibvə buna görə də o hara gəldi kəllə atmaqda davam eləyir...

Gecə-gündüzyatmırdı ki, bəs İraqda nüvə silahı var? Kiçik Buş böyük Buşun qisasını almaqüçün bilmirdi hansı hoqqadan çıxsın. İraqı dağıtdı, altını üstünə çevirdi, Səddamıda asdırdı, ha axtardı-axtardı bir şey tapa bilmədi. Elə bil yanıldım- tapdı,Alı bəyinkini...

Dünyanınbir nömrəli "vorzakonu” (ifadə Aqil Abbasa məxsusdu – F.Q.) öz kefindədi. Yenəyetənə yetir, yetməyənə bir səlbə atır. Bu səlbə də elə boşuna atılmır. Və hərdəfə atanda bir ölkəyə dəyir. Dəyən kimi də o ölkə bir-birinə qarışır. Düz1979-cu ildən İrana bu səlbələr atılır. Amma Amerika burda istədiyini eləyəbilmir. Ha istəyir ki, İranı qarışdırsın, aləm bir-birinə dəysin, amma alınmırki, alınmır. İran nə İraqdı, nə Misirdi, nə də o biri müsəlman dövlətləri.Amerikanın 200 illik dövlətçilik tarixi varsa, İranınkı 1500 ildən çoxdur.

Həftə səkkiz,mən doqquz amerikalılar İrana "xox” eləyir. Nə var-nə var, onun dediyi ilə oturub-durmur. Amerikanın gözündə müsəlmandünyası cin-şeytan kimi görünür. Çünkü dünyanın bir nömrəli "vorzakon”u istədiyiölkənin sərvətini demokratiya adı ilə çapıb talayır. Hətta müsəlman dövlətlərininarasında elə bir nifaq salır ki, onların başı bir-birinə qarışır. İndi də SəudiyyəƏrəbistanını İrana qarşı fişkirir. Səudiyyə Ərəbistanı da digər müsəlman dövlətlərinibaşına yığıb dini bir qardaşı İrana qarşı "torba” tikmək istəyirlər. Və bu "torba”nıda günlərin birində elə amerikalılar Səudiyyə Ərəbistanına tikəcəklər. İntəhasıbunun geci və tezi var.

Balam,bu İrandan Amerika nə istəyir? Bəlkə İranın Amerikanın dədəsinə borcu var? İranonun dediyi ilə oturub-durmur deyə indi bu ölkəni zəlil edəcək? Həftə səkkiz məndoqquz utanmaz-utanmaz bəyanat verir ki, İran beynəlxalq hüquq normalarınıpozub nüvə silahı istehsal edir. Bütün dünyanın ekspertləri də İrana gəlirlər,nüvə silahıyla maraqlanırlar və məlum olur ki, orda heç bir nüvə silahı istehsalolunmayıb. Dünyanın bir nömrəli "vorzakon”u isə bu rəylərə məhəl qoymayıb ikiayağını bir başmağa dirəyərək deyir ki, orda nüvə silahı istehsal olunur, vəssalam!Bax, bu yerdə adam yanıb tökülür. Bir atalar sözü yada düşür: "Yalançınınatasına lənət!”.

Yaxşı,bu nüvə silahı pisdisə, sizdə niyə var? Yaxşıdırsa, niyə müsəlman dövlətlərindəolmasın? Amerikada ola bilər, İngiltərədə ola bilər, Fransada ola bilər,Rusiyada ola bilər, Çində ola bilər, ancaq müsəlman dövlətlərində ola bilməz?Bircə müsəlman dövlətində - Pakistanda nüvə silahı var, ona da amerikalılar gözaçmağa imkan vermirlər.

İranbizim qonşumuzdu. Müsəlman dövlətidi. Üstəlik də orda 40 milyona yaxınqardaşlarımız yaşayır. Başlarını aşağı salıb öz işləri ilə məşğuldular. Tayamerikalılar, fransızlar, ingilislər kimi onun-bunun əl-ayağını yemir və ona-buna quyu qazmırlar. Bizdən hər günRusiyaya, Gürcüstana nə qədər insan gedir. Amma İrana bu gün gedənlərimiz dahaçoxdur. Birincisi, orda ucuzluqdur, ikincisi də dini və dili bir qardaşlarımızvar. Yəni İranda vəziyyətin mürəkkəbləşməsi elə ilk növbədə bizim məmləkətimizəçox böyük təsiri ola bilər. Allah eləməmiş orda müharibə başlasa, yenə dağılan,viran olan Təbriz olacaq, Ərdəbil olacaq, Parsabad olacaq. Və orda da bizimqardaş-bacılarımız yaşayır. Düzdür, türklər də bizim əzizimizdir. Amma İrandayaşayan azərbaycanlılar bizə bir köynək daha yaxındır. Onların ev-eşiyinindağılması, yurdlarının tar-mar olması elə bizim ocağımızın sönmsi deməkdir.

Heç birhədə-qorxu, heç bir təzyiq 1979-cu ildən üzü bəri İranı sarsıda bilməyib.Balaca bir dövlət 40 ildən çoxdur ki, Amerikanın və Avropanın iqtisadiblokadasına tək öz gücü hesabına sinə gərib. Çünki göydə Allah da bilir ki,dünyanın bir nömrəli "vorzakon”u olan Amerika demokratiya adı altında müsəlmandövlətlərinin var-dövlətlərini, sərvətini sümürmək istəyir. Amma bu da o deməkdeyil ki, həmişə baş tutacaq.

Böyükşair Məhəmməd Füzuli gözəl bir şeir var: "Padişahi-mülk”. O şeirdəki dördmisranı dünyanın bir nömrəli "vorzakon”unun diqqətinə çatdırırıq:

Yüz fəsadü-fitnətəhriklə bir kişfər alır,

Ol dəxiasari- əmnü istiqamətdən bəri,

Göstərənsaətdə dövrani-fələk bir inqilab,

Həm özüfani olur, həm ləşgəri, həm kişfəri...

Allahdanböyük dünyada heç bir qüvvə yoxdur. Hərçənd ki, dünyanın bir nömrəli "vorzakon”u özünü Allahdan güclühesab edir. Və bir vaxtlar Misir fironu da özünü Allahdan güclü sayırdı. Musapeyğəmbəri və onun dəstəsini təqib edib yaxalamaq istərkən dənizin dalğasıarasında qaldı. Və Allahdan həmin an kömək istədi. Allah-Təala o köməyi göstərmədi.Dedi ki, gecdi! Ancaq onun cəsədini sahilə atdı ki, qoy bu, başqalarına da dərsolsun!..


TƏQVİM / ARXİV