adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 May 2019 12:22
27933
DÜNYA
A- A+

Ukrayna prezidenti parlamenti buraxdığını elan edib

Vəzifəsinin icrasına başlamış Ukraynanın yeni prezidenti Vladimir Zelenski parlamenti vaxtından əvvəl buraxdığını elan edib. 

Bu barədə o, parlamentdə çıxışı zamanı deyib.

"Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladmir Zelenskinin inauqurasiya mərasimi keçirilib.

Ukraynada növbəti parlament seçkiləri bu ilin payızında keçirilməli idi.